Arxiv
21 Oktyabr 2021, 22:22 | PARLAMENT
Sahibə Qafarova ATƏT PA-nın sədri ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstana işgüzar səfəri çərçivəsində Afinada ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfelt ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ATƏT Parlament Assambleyası sədrinin müraciəti əsasında baş tutan görüşdə Azərbaycan Milli Məclisin sədrini salamlayan Marqareta Sederfelt təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. O, qlobal pandemiya səbəbindən görüşlərin və canlı təmasların böyük qisminin baş tutmadığını bildirərək, ümidvar olduğunu deyib ki, pandemiya təhlükəsi aradan qalxdıqdan sonra belə görüşlər daha sıx-sıx keçiriləcək. Marqareta Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

 

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın təşkilatdakı fəaliyyəti barədə danışıb, ölkəmizin nümayəndə heyətinin həmişə ATƏT PA-nın tədbirlərində fəal iştirak etdiyini bildirib.

 

Spiker görüşdə Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra regionda yeni mərhələnin başlandığını qeyd edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad edərək, ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmiz həm də BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini özü yerinə yetirib. Spiker vurğulayıb ki, Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub və Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Milli Məclisin sədri "Dağlıq Qarabağ münaqişəsi" ifadəsinə istinad etməyin də yolverilməz olduğunu bildirib.

 

Azərbaycanın üçtərəfli bəyanatda əksini tapan bütün öhdəliklərini yerinə yetirdiyini bildirən Sahibə Qafarova vurğulayıb ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. O deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. S.Qafarova xüsusi vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb.

 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

 

Sahibə Qafarova deyib ki, Azərbaycan regionda daimi sülh və əmin-amanlığın təmin olunmasını istəyir. O xatırladıb ki, Prezident İlham Əliyev də ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinə dair danışıqlara başlamağa hazır olduğunu bəyan edib.

 

Azərbaycanın çoxmillətli ölkə olduğunu, burada 90-dan çox etnik qrupun, müxtəlif xalqların və millətlərin nümayəndələrinin yaşadığını, bütün xalqların adət-ənənəsinə hörmətlə yanaşıldığını, ölkəmizdə ksenofobiya və dözümsüzlüyün olmadığını vurğulayan Milli Məclisin sədri Azərbaycanın dövlət siyasətində milli və dini tolerantlığın prioritet istiqamətlərdən olduğunu bildirib.

 

Milli Məclisin sədri Sahibə Qafarova ATƏT Parlament Assambleyasının sədrinə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitabı təqdim edərək, Ermənistanın 30 il ərzində işğal altında saxladığı Azərnbaycanın şəhər və rayonlarını, bütün infrastrukturu, mədəniyyət və tarixi abidələri, dini abidələri tamamilə dağıtdığını, talan etdiyini bildirib.

 

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30 Səhiyyə Nazirliyindən “omicron” ştamı ilə bağlı XƏBƏRDARLIQ 9 Dekabr 2021, 12:25 6 ildən sonra cəsədi tapılan neftçinin oğlu: “Sabah dəfn edəcəyik” 9 Dekabr 2021, 12:21 Əhalinin 60 faizdən çoxuna ikinci doza peyvənd vurulub - Baş infeksionist 9 Dekabr 2021, 12:15 Parlamentin növbəti iclasının vaxtı məlum oldu 9 Dekabr 2021, 12:10 Əhməd İsmayılov Media Ombudsmanından danışdı 9 Dekabr 2021, 12:05 Ağdamda döyüş sursatları aşkarlandı - FOTO 9 Dekabr 2021, 12:00 “Qarabağa gəlmə ermənilərin dialekti” kitabı çıxdı 9 Dekabr 2021, 11:59 Tələbələrin rəsm əsərləri Forumda maraqla qarşılanıb 9 Dekabr 2021, 11:56 “Bakı Media həftəsi” keçiriləcək - İcraçı direktor 9 Dekabr 2021, 11:53
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?