Arxiv
22 Oktyabr 2021, 18:12 | AKTUAL
AccessBank 2021-ci il üçün maliyyə hesabatını açıqladı

Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2021-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. 

 

Modern.az xəbər verir ki, üçüncü rübün sonuna bankın aktivləri 944.9 milyon manat təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.8 milyon çoxdur. Rüblük artım isə 59 milyon manat təşkil edib.

 

Bankın ümumi portfeli 2020-ci ilin dekabr ayı ilə müqayisədə 70 milyon artaraq 572.2 milyon manat təşkil edib.

 

Kredit portfelinin 86%-ni sahibkarlıq subyektlərinə verilən kreditlər təşkil edib. 2021-ci ildə AccessBank tərəfindən 430.6 milyon manat kredit verilib, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 164.3 milyon manat çoxdur. Verilən kreditlərin yarıdan çoxu regional filialların payına düşüb.

 

Bankın depozit portfeli üçüncü rübün sonunda 2020-ci ilin eyni dövrü ilə müqayisədə 72.3 milyon artaraq 678.7 milyon manat təşkil edib.

 

Bankın 2021-ci ilin üçüncü rübü üçün faiz gəlirləri 72.7 milyon manat təşkil edib.

 

Hazırda Bankın məcmu kapitalı 77.5 milyon manat təşkil edir ki, bu da minimum məcmu kapital normasından (50 milyon manat) 27.5 milyon manat artıqdır.

 

2021-ci ilin sentyabr ayının sonunda bankın ani likvidlik əmsalı 89.3% olub ki, bu da normadan (30%) 3 dəfə çoxdur.

 

Ətraflı məlumat əldə etmək üçün: 

 

https://www.accessbank.az/az/our-bank/in-figures/

 

AccessBank-ın İdarə Heyətinin sədri vəzifəsini icra edən Yevgeniya Qaşikulina Bankın  üçüncü rüb üzrə maliyyə nəticələrini şərh edib: “Bankın 2021-ci il üçün əsas vəzifəsi kredit portfelinin artırılmasıdır və biz bunun öhdəsindən uğurla gəlirik. Bank hər ay 4 mindən çox sahibkara kredit verir ki, bu da mikro və kiçik biznesə bağlılığımızın əyani sübutudur. Bundan başqa, ilin birinci yarısında yaranan zərəri üçüncü rübdə yarıya endirdik və onu ilin sonuna qədər tamamilə bağlamaq niyyətindəyik. Depozit portfeli, likvidlik göstəriciləri də sabit müsbət tendensiya göstərir. Əminik ki, pandemiyanın yaratdığı fəsadlar aradan qalxacaq və AccessBank iqtisadiyyata fəal şəkildə kredit verməyə və təklif etdiyi xidmətlərin çeşidini artırmağa davam edəcək”. 


AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müşahidə olunacaq kəskin havanın səbəbləri açıqlandı 30 Noyabr 2021, 15:00 Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək 30 Noyabr 2021, 14:55 “Omricon”dan qorunmaq üçün III doza ÇAĞIRIŞI 30 Noyabr 2021, 14:50 Bank kartlarından pul mənimsəyənlər saxlanıldı 30 Noyabr 2021, 14:45 Bu il əlillik təyin edilən şəxslərin SAYI 30 Noyabr 2021, 14:40 Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ 30 Noyabr 2021, 14:35 Magistraturaya hazırlaşanlar üçün sınaq İMTAHANI 30 Noyabr 2021, 14:30 Cahit Bağçı Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:26 Azad edilən ərazilərdə 73 mülki şəxs minaya düşüb - 24 nəfər ölüb 30 Noyabr 2021, 14:23 Türkiyə Azərbaycana başsağlığı verdi 30 Noyabr 2021, 14:20 Yeni Avrasiya kiminlə və necə qurulur? - TƏHLİL 30 Noyabr 2021, 14:14 Prezident pakistanlı naziri qəbul etdi 30 Noyabr 2021, 14:08 Aşqabad zirvəsi 30 Noyabr 2021, 14:05 3 avtobus sürücüsü narkotiklə TUTULDU 30 Noyabr 2021, 14:03 Yüksək postlar ancaq kişilər üçün “bron” edilib? 30 Noyabr 2021, 14:00 “Nar”dan DƏSTƏK 30 Noyabr 2021, 13:59 Həbsdə olan jurnalistin səhhəti pisləşib 30 Noyabr 2021, 13:57 Bakıda Aşıq Ələsgərə abidə qoyulacaq - SƏRƏNCAM 30 Noyabr 2021, 13:53 Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!” 30 Noyabr 2021, 13:49 Gürcüstan, Ukrayna və Moldova baş nazirləri bir arada 30 Noyabr 2021, 13:43 “Omicron” təhlükəli deyil 30 Noyabr 2021, 13:42 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq - Nazir 30 Noyabr 2021, 13:40 SOCAR-ın strategiyasında alternativ enerji yer alıb 30 Noyabr 2021, 13:40 Dekabrın ilk gününün HAVASI 30 Noyabr 2021, 13:37 Azərbaycan Türkiyəyə başsağlığı verdi 30 Noyabr 2021, 13:32 ABŞ səfirliyindən “Lütfi Zadə AÇIQLAMASI” 30 Noyabr 2021, 13:28 Ukraynalı nazir: “İndi əsas məqsəd Rusiyanı cilovlamaqdır” 30 Noyabr 2021, 13:24 COVID-19-a yoluxmuş şagirdlərin SAYI 30 Noyabr 2021, 13:19 Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq! 30 Noyabr 2021, 13:14 Baş prokurorun 1-ci müavini qəza yerinə getdi 30 Noyabr 2021, 13:10 Bakıdan Naxçıvana iki reys gecikir - SƏBƏB 30 Noyabr 2021, 13:05 BNA hesabat verdi 30 Noyabr 2021, 13:00 “Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq” 30 Noyabr 2021, 12:57 AccessBank-da iş var! 30 Noyabr 2021, 12:53 Azərbaycanda koronavirus testi istehsal olunur 30 Noyabr 2021, 12:50
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?