Arxiv
22 Oktyabr 2021, 20:51 | AKTUAL
Türk Dünyası layihəsi təqdim olundu

Bu gün İstanbulda keçirilən Türk Şurasının Media forumunda panel çıxışları zamanı Trend Beynəlxalq İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”unun təşəbbüsü ilə reallaşan və türkdilli ölkələrin xəbərlərini yayımlayan "Türk Dünyası" (www.turkic.world) layihəsi müzakirə olunub.

 

Modern.az xəbər verir ki, paneldə çıxış edən “Albayrak Media Group” təmsilçisi Samir Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada örnək ola biləcək dostluq və qardaşlıq mühitində xalqlarımızın mənafeyi naminə irəliyə apardıqları dövlətlərarası münasibətlər bu gün sözün əsl mənasında özünün ən parlaq dövrünü yaşayır: “Əminliklə söyləyə bilərik ki, Azərbaycan-Türkiyə qardaşlığının özəyini təşkil etdiyi böyük türk birliyi yeni mərhələyə qədəm qoymaqdadır. 44 günlük müharibə dövründə Türkiyə Respublikasının Azərbaycanın yanında olması, Azərbaycana siyasi və mənəvi dəstəyi media sahəsində əvəzsiz oldu. Bu təcrübə dövlətlərimizin təsir və təzyiqlərə birgə koordinasiyalı cavab verməsinin, bir sözlə, media sahəsində əlaqələrimizi inkişaf etdirməyin vacibliyini vurğuladı. Azərbaycan və Türkiyə media vasitəsilə öz haqq səsini bütün dünyaya çatdırdı”.

 

S.Babaoğlu, həmçinin bildirib ki, “Albayrak Media Group” olaraq Azərbaycanın beynəlxalq informasiya agentliyi “TREND” ilə birgə Türk dünyasında birlik, həmrəylik və əməkdaşlıq ideyasını rəhbər tutaraq, ölkə başçılarımızın səyləri nəticəsində möhkəmlənən əlaqələrimzin media sahəsində uğurla davam etdirmək məqsədilə “Türk dünyası” (Turkic.World) media platformasını təsis ediblər: “Sevinclə bildiririk ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan "TurkicWorld" gözləntilərimizi doğrultdu. Türk Dünyası hazırda xəbərlərini rus və ingilis dillərində də yayımlayır. Bu il mayın 24-də başladığımız media layihəsinə qısa müddət ərzində Qırğızıstan və Türkmənistan qoşulub. Yaxın zamanda Özbəkistan və Qazaxstanın da bu layihədə iştirakını gözləyirik. Fürsətdən istifadə edərək, həm Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə, həm də Türmənistan Xarici İşlər Nazirliyinə bu layihəyə qoşulduqları üçün təşəkkür edirik”

 

Qeyd edək ki, bu il mayın 24-də Bakıda "Türk Dünyası" (www.turkic.world) ilk rəqəmsal layihəsinin təqdimatı keçirilib. Layihənin təqdimat mərasimində media strukturlarının rəhbərləri, türkdilli dövlətlərin diplomatları, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Unikal proqram təminatı layihəni təkmilləşdirməyə və digər türkdilli dövlətləri yaradılan rəqəmsal platformaya qoşmağa imkan verir. Rəqəmsal platformanın mobil versiyası da hazırlanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aşıq Ələsgərin nəvəsinin təklifinə metropolitendən REAKSİYA 9 Dekabr 2021, 15:02 Müştərilərə qəlyan təklif edən şəxs həbs olundu 9 Dekabr 2021, 14:45 Azərbaycan hər zaman zəfərlərə yol açacaq 9 Dekabr 2021, 14:40 İranda 78 nəfər koronavirusdan öldü 9 Dekabr 2021, 14:36 Tovuz çayı üzərində körpü tikilir 9 Dekabr 2021, 14:32 Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR 9 Dekabr 2021, 14:28 Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var 9 Dekabr 2021, 14:23 Lerikdə dağ-meşə ərazisində yanğın olub 9 Dekabr 2021, 14:20 Bu jurnalistlərə vahid vəsiqə veriləcək 9 Dekabr 2021, 14:16 Bəzi jurnalistlərə güzəşt və imtiyazlar veriləcək 9 Dekabr 2021, 14:12 Dövlət Komitəsində britaniyalı analitiklərlə GÖRÜŞ 9 Dekabr 2021, 14:08 Mərkəzi Bank banklara vaxt verdi  9 Dekabr 2021, 14:05 Bir ildə 189 vətəndaşımız minaya düşüb - RƏSMİ 9 Dekabr 2021, 14:03 Almaniyanın "İşıqfor hökuməti” nə vəd edir? - ŞƏRH 9 Dekabr 2021, 14:00 Aşıq Ələsgərin nəvəsi - Metrostansiyalardan birinə babamın adı verilsin! 9 Dekabr 2021, 13:58 Onlayn medianın təsisi üçün icazə tələb olunmayacaq 9 Dekabr 2021, 13:54 “Beşiktaş”ın baş məşqçisi istefa verdi 9 Dekabr 2021, 13:50 Media orqanlarının bir-birlərindən xəbər “oğurlaması” qadağan edilir 9 Dekabr 2021, 13:47 Şuşadakı mina partlayışı ilə bağlı cinayət işi AÇILDI 9 Dekabr 2021, 13:43 ANAMA Daşaltıda minaya düşən şəxslərlə bağlı məlumat YAYDI 9 Dekabr 2021, 13:40 Misir Mərdanov: “Müsahibə verdim, qalmaqal yarandı, daha danışmıram...” 9 Dekabr 2021, 13:35 Şuşada məktəb tikintisinə BAŞLANILIR 9 Dekabr 2021, 13:29 İstanbulda Heydər Əliyevin Anım Günü keçirilib 9 Dekabr 2021, 13:24 Ağalı kəndində təhsil distant olacaq - Nazir 9 Dekabr 2021, 13:20 200 şəhid portreti çəkən lerikli rəssam - VİDEO 9 Dekabr 2021, 13:15 Prokuror Rasim Quliyevə 6 il iş istədi 9 Dekabr 2021, 13:12 Sabah Bakıda yağış yağacaq 9 Dekabr 2021, 13:09 Bağlanan Məktəb-Lisey Kompleksi açıldı 9 Dekabr 2021, 13:05 Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni sədri SEÇİLDİ 9 Dekabr 2021, 13:00 Ağdam və Cəbrayılda məktəb layihələndirilməsi aparılır 9 Dekabr 2021, 12:55 Şuşada iki nəfər minaya düşərək həlak oldu 9 Dekabr 2021, 12:50 Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərimizə hücum etdi - FOTOLAR 9 Dekabr 2021, 12:45 Epidemik proses nəzarətdədir - Təyyar Eyvazov 9 Dekabr 2021, 12:40 Putinin yeni PLANI - Moskva hədəfi nəyə hesablayıb? - ŞƏRH 9 Dekabr 2021, 12:36 Rusiyaya saxta COVID-19 pasportu aparmaq istəyən şəxsə cinayət işi açıldı 9 Dekabr 2021, 12:30
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?