Modern.az

Quterreş Sudandakı çevrilişi pislədi

Quterreş Sudandakı çevrilişi pislədi

Dünya

25 Oktyabr 2021, 19:26

BMT-nin Baş katibi Antonio Quterreş Sudanda baş verən hərbi çevrilişi pisləyib və ordu tərəfindən həbs edilən ölkənin baş nazirinin dərhal azad edilməsini tələb edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

 

Quterreş qeyd edib ki, çətinliklə qazanılan siyasi keçidi qorumaq üçün konstitusiyaya tam riayət edilməlidir .

 

Quterreş BMT-nin Sudan xalqını dəstəkləməyə davam edəcəyini bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı