Arxiv
26 Oktyabr 2021, 14:20 | PARLAMENT
Qarabağdakı sülhməramlıların yeni komandanı niyə passivdir...

Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni - üçüncü komandanı general-leytenant Gennadi Anaşkindir.

Təyinatından bir ay ötməsinə baxmayaraq, generalın danışıqlar prosesində aktiv iştirakı, mətbuata açıqlamaları müşahidə edilmir.

Əvəzində bəzi proseslərlərdə, o cümlədən əsirlərin qaytarılmasında keçmiş komandan Rüstəm Muradov aktiv iştirak edir.

Maraqlıdır, rus sülhməramlılarının yeni komandanının proseslərə qoşulmaması, ictimaiyyət üçün qapalı qalmasının səbəbi nədir?


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü
 Elman Məmmədov Modern.az-a bildirib ki, kimliyindən asılı olmayaraq sülhməramlıların komandanları Moskvaya tabedir:

 

“Bizim müşahidə etdiyimiz odur ki, 2020-ci ildə Azərbaycan ərazisinə gəldikləri gündən onların məqsədi ermənilərə şərait yaratmaq və ermənilərin təhlükəsizliyini qorumaqdır. Adlarını istəyir sülhməramlı, istəyir erməniməramlı qoysunlar, amma onlar gəldikləri gündən ermənilərə dəstək durdular. Ərzaq, yanacaq yardımı etdilər”.
 

Deputat istər sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov, istərsə də yeni komandan Gennadi Anaşkinin ermənilərə himayədarlıq etdiyini vurğulayıb.

“Mən bu müddət ərzində bir azərbaycanlı olaraq görürəm ki, onların nəzarətində olan Laçın dəhlizi vasitəsilə yad adamlar Azərbaycana gəlib-gedir. Sülhməramlıların yeni rəhbəri də, keçmiş komandan Rüstəm Muradov da ermənilərə himayədarlıq edir. Gennadi Anaşkinin iş proseslərinə qarışmamaq məsələsinə gəldikdə isə istər Rüstəm Muradov, istərsə də başqa biri olsun, şəxsiyyət faktiki olaraq heç bir əhəmiyyət kəsb etmir. Onların təlimatları mərkəzdən-Moskvadan verilir. Mərkəz hansı tapşırığı verirsə, onlar tabe olub, icra edirlər”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas isə fikirlərini qısa və kəskin şəkildə ifadə edib.


“Rüstəm Muradov da, indi yeni gələn rəhbər də bir-birindən fərqlənmir. Deyə bilərəm ki, Rüstəm Muradov “tula itdən betərdir””.

 

Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, yeni gələn komandan hələ ki proseslərə tam daxil ola bilmədiyi üçün öz susqunluğunu qoruyur. Deputatın fikrincə, Rüstəm Muradov Qarabağda gedən prosesləri daha dərindən anlayır və məhz buna görə aparılan danışıqlarda iştirak edir.

 

“Rüstəm Muradovdan sonra Mixail Kosobokov təyin olundu. Bununla bağlı bir çox müəmmalı məsələlər yarandı və diplomatik kabinetlərdə çözüldü. Ardınca üçüncü komandan Gennadi Anaşkin təyin edildi. Artıq bir ay olmasına baxmayaraq, yeni komandan Rüstəm Muradov qədər proseslərə daxil ola bilməyib. Hazırda da əsirlərin geri qaytarılmasında və digər məsələlərdə Rüstəm Muradov iştirak edir. 10 noyabr razılaşmasından dərhal sonra regiona gəlib, hələ barıt qoxusu çəkilməmiş ərazidə illərdir davam edən düşmənçiliyin ab-havasını duymaq Muradova qismət oldu. Mən düşünürəm ki, bu səbəbdən ilk gündən proseslərin içərisində Rüstəm Muradov olduğu üçün hələ də vasitəçilik etməkdən çəkilə bilməyib. Rəhbər şəxsin mediaya açıq olub-olmaması önəmli deyil. Əsas önəmli olan məsələ müəyyənləşmiş mandat çərçivəsində yerləşdirilmiş ərazilərdəki fəaliyyətlərin həqiqətən sülhə, təhlükəsizliyə xidmət etməsidir. Rüstəm Muradov ilk gündən proseslərə qoşulduğu üçün və həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi ilə sıx əlaqə qura bilməsi səbəbi ilə hələ də bu işlərdən tam çəkilməyib”.

 

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokov yerinə yetirib. Hazırda sülhməramlıların başında  Gennadi Anaşkin dayanıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 "Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?