Modern.az

Prezidentlər Cahangir Əsgərovla zarafat etdilər - VİDEO

Prezidentlər Cahangir Əsgərovla zarafat etdilər - VİDEO

Reportaj

26 Oktyabr 2021, 14:45

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AZAL-ın baş direktoru Cahangir Əsgərov arasında maraqlı söhbət olub.

Modern.az-ın məlumatına görə, Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarını prezidentlərə təqdim edərkən onun xarici görünüşündəki dəyişiklik Ərdoğanın diqqətindən qaçmayıb.

Ərdoğan Cahangir Əsgərovu göstərərək, zarafatla "onun bığı vardı, indi yoxdu" deyib. Prezident İlham Əliyev isə gülərək, "bığı tökülüb",- deyə cavab verib. Cahangir Əsgərov bığını nəzərədə tutaraq, prezidentlərə "Zəngilanda olacaq" söyləyib.

Həmin söhbətlə bağlı videolenti təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər