Modern.az

Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar

Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar

26 Oktyabr 2021, 16:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramında Zəngilanın Ağalı kəndinə ziyarət önəmli yer tutacaq.

 

Modern.az xəbər verir ki,  bu barədə “Haber Global”ın Zəngilanın Ağalı kəndindən hazırladığı reportajda qeyd olunub.

 

Türkiyə lideri Zəngilanın Ağalı kəndində rəsmi mərasimlə qarşılanacaq.

 

Belə ki, Ağalı kəndinə ziyarət çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin əvvəlcə təkbətək işgüzar naharı, daha sonra isə heyətlərin iştirakı ilə geniştərkibli görüşü keçiriləcək.

 

Daha sonra liderlər mətbuata birgə açıqlama verəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu