Modern.az

Rusiya baş naziri: “Saakaşvili ilə bir masada əyləşə bilmərəm”

Rusiya baş naziri: “Saakaşvili ilə bir masada əyləşə bilmərəm”

Dünya

29 Noyabr 2012, 12:46

Rusiyanın baş naziri Dmitri Medvedyev Gürcüstanın yeni höküməti ilə danışıqlara hazırdır. Modern.az xəbər verir ki, bu sözləri baş nazir “Kommsant” qəzetinə müsahibəsində deyib. “Biz Gürcüstanın yeni hökuməti ilə danışıqlara hazırıq. Amma ki, mövcud geosiyasi reallıqlar nəzərə alınmalıdır”.

  Baş nazir qeyd edib ki, Gürcüstanın hazırkı prezidenti Mixail Saakaşviliylə eyni masada əyləşə bilməz: “Mən bir daha təkrar edirəm ki, Saakaşvili ilə bir masada əyləşə bilmərəm. O, müharibəni başlatmaqla, gürcü xalqına qarşı cinayət işlətdi və mülki vətəndaşların ölümünə səbəb oldu. Yeni baş nazir İvanişvili isə fərqli cəbhənin nümayəndəsidir. Biz onun real tədbirlər planını izləyəcəyik. İki ölkə arasındakı münasibətləri yenidən bərpa etmək üçün siyasi müstəvidə olmasa da, danışıqlara başlanılıb. Onu da xatırladım ki, diplomatik əlaqələri Rusiya yox, Gürcüstan tərəfi kəsib”.  

D. Medvedyev bildirib ki, iki ölkə arasındakı humanitar əlaqələri bərpa etmək də qəbahət görmür. Bu asan olmasa da, Rusiya hər zaman qeyd edib ki, yeni hökumət ilə dialoqlara başlamağa hazırdır. “Biz o şərtlə danışıqlara başlaya bilərik ki, Abxaziya və Cənubi Osetiya münaqişəsinin həllində Rusiyanın təklif etdiyi qərarlarla razılığa gəlinsin”.  

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar