Modern.az

Ermənistan bu həmlələrlə həm də Rusiyanı TƏHDİD EDİR

Ermənistan bu həmlələrlə həm də Rusiyanı TƏHDİD EDİR

17 Noyabr 2021, 16:10

Son olanlar göstərir ki, Azərbaycan Ordusu həmişə təxribatlara hazır olmalıdır. Bu mənada, Türkiyə və İsrail kimi ölkələri misal gətirmək olar. Bu ölkələr də uzun illərdir belə təxribatlarla üzləşir və əsgər ölümü halları olur. Ona görə, Azərbaycan Ordusu daim hər şeyə hazır olmalıdır. Necə ki, erməni təxribatları səngimək bilmir. Bunu nəzərə alan Azərbaycan Müdafiə Nazirliyi ayın 10-da xəbərdarlıq etmişdi ki, təxribatlar təkrarlansa, daha sərt və təsirli tədbir görüləcək. Erməni təxribatları davam etdi. Noyabrın 13-də Şuşa yaxınlığında qumbara ilə terror aktı, 14 və 15 noyabrda Kəlbəcərdəki mövqelərimiz Ermənistan ərazisindən atəşə tutuldu.

 

Nəhayət, bütün bunların məntiqi nəticəsi - noyabrın 16-da dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribatların həyata keçirilməsi oldu.

 

 

Bundan sonra Azərbaycan hansı addımları atmalıdır?

 

Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı  Modern.az-a açıqlamasında deyib ki, erməni təxribatlarına son qoyulmalıdır:

 

 

“Bu gün səhər Amerikadan bir xəbər aldıq. Aldığımız xəbərə görə, ermənilər siyasi qüvvələri Azərbaycana qarşı birləşməyə qarşı səsləyib. Bütün yardımların kəsilməsini tələb edirlər və Azərbaycanı təxribat törətməkdə günahlandırırlar. Buna qarşı Azərbaycan özünə dost ölkələrlə fəaliyyətə başlamalı və bunlara qarşı mübarizəyə aparmalıdır”.

 

 

Onun sözlərinə görə, özəlliklə də İsrail Azərbaycanın yanında yer almalıdır, çünki bu mövzuda təcrübəlidir:

 

 

“İkinci əsas məsələ isə Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməməsidir. Qarabağın sərhədi harasıdırsa, Azərbaycan və Ermənistanın sərhəddi də oradır. Bunun arxasında eyni zamanda Ermənistanın Rusiyanı təhdid etməsi dayanır. Ermənistan “Rusiya bizə dəstək göstərməzsə, başqa ölkələr ilə müttəfiq olarıq” deyir. Yəni demək istəyirlər ki, ABŞ ilə müttəfiq olmaq niyyətindəyik. Bu o deməkdir ki, əslində Ermənistanın atəşkəsi pozması Rusiyanın göz yumması ilə olur. Arxasında isə Amerika dayanır. İndi bu nöqtədə Azərbaycanın çox diqqətli olması lazımdır və əsla geri addım atmamalıdır.

Araya girənlərin Ermənistanı dayandırmaq üçün yox, Azərbaycanı dayandırmaq üçün girdiyini unutmaq lazım deyil. Hədəfləri isə Şuşadır. Ona görə də Ermənistana dəstək verən ölkələrə də güvənmək lazım deyil”.

 

 

Ekspert deyib ki, hazırda Türkiyənin Kipr problemi varsa, Azərbaycanın da Qarabağ problemi var:

 

“Türkiyə hər zaman Azərbaycanın yanındadır. Çünki neçə illərdir Türkiyə də xarici təsirlərə məruz qalır və belə təcrübəsi var. Türkiyə əlindən gələn hər  bir dəstəyi Azərbaycana verəcək. Bununla birlikdə hər an diqqətli olmaq lazımdır. Ermənistanın fürsət düşdükcə və başqalarından dəstək aldıqca hər an yenidən hücum edəcəyi unudulmalı deyil. Atəşkəsi pozanın Ermənistan olduğunu bildirən beynəlxalq kampaniya yaradılmalıdır. Sadəcə Azərbaycan və Türkiyədə bir şeylərin edilməsi hələ məsələnin həll olması demək deyil. Mütləq iki dövlət Avropa və Amerikada birlikdə işlər görməlidir. Eyni zamanda, hərbi və siyasi tədbirlər gücləndirilməlidir. Azərbaycan edilən hücumun ağır nəticələri olduğunu Ermənistana və dünyaya göstərməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub