Modern.az

Roma dövrünə aid mozaika tapıldı

Roma dövrünə aid mozaika tapıldı

27 Noyabr 2021, 21:20

Böyük Britaniyada Roma dövrünə aid mozaika tapılıb.

 

Modern.az xəbər verir ki, Lesterşir əyalətində bir fermerin tarlasında içərisində nadir Roma mozaikasının olduğu ev aşkar edilib.

 

Mozaikada Homerin “İliada” əsərindən səhnələr təsvir olunub. On bir metr uzunluğunda və yeddi metr enində mozaikanın qonaq otağının döşəməsini bəzədiyi güman edilir. Yunan qəhrəmanı Axillesin hekayəsinin bir hissəsi təsvir olunan mozaikanın eramızın III-IV əsrlərinə aid olduğu düşünülür.

 

Qazıntıda iştirak edən Lester Universitetinin arxeoloqu Con Tomas mozaikanı Britaniyada Roma dövrünə aid tapılan ən maraqlı abidələrdən biri kimi dəyərləndirib.

 

Arxeoloqlar ərazidə Roma dövrünə aid daha başqa tikililərin olduğunu güman edirlər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir