Modern.az

Finalçı gimnastlar müəyyənləşdi

Finalçı gimnastlar müəyyənləşdi

28 Noyabr 2021, 17:50

Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarında oğlanlar arasında ikili minibabut üzrə finalçılar müəyyənləşib.

 


Modern.az  xəbər verir ki, 15-16 yaş qrupunda təsnifat yarışında uğurla çıxış edən britaniyalı Marşall Frost, Omo Aikeremioxa, ABŞ təmsilçiləri Rayan Makkanan, Aleksandr Koul, İvan Larson, belçikalı Brent Deklerk, rusiyalı İvan Pavlişev və Eqor Suxoerbrov həlledici mərhələyə vəsiqə qazanıblar.

 

 

Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

 

Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi