Modern.az

Goranboyda məktəb tikildi

Goranboyda məktəb tikildi

Aktual

29 Noyabr 2021, 12:45

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.

 

Modern.az xəbər verir ki, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında  inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin  tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə bir daha yerində tanış oldu. Məktəbdə müasir invertarlarla təhciz edilmiş 38 ədəd dərs otaqları ilə yanaşı, 2 ədəd kimya, 2 ədəd biologiya labaratoriyaları, geniş idman, akt və  yeməkxana zalları, direktor və müəllim kabinetləri, müasir istilik təhcizatı sistemi, 50 tonluq su anbarı inşa edilmişdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır