Modern.az

SOCAR-ın strategiyasında alternativ enerji yer alıb

SOCAR-ın strategiyasında alternativ enerji yer alıb

Aktual

30 Noyabr 2021, 13:40

“SOCAR şirkətində islahatlar gedir, 2025-ci ilə kimi hazırlanan strategiyada alternativ enerji məsələlərinə də toxunulub”.

 

Modern.az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə keçirilən mətbuat konfransında deyib.

 

SOCAR rəsmisi bildirib ki, şirkət alternativ energetikaya keçidin üzərində çalışır:

 

“Bu il Türkiyədə 21 yanvarda istehsal olunan enerjinin 51 faizi alternativ enerji mənbələri hesabına alınıb. Türkiyə dünyanın ən iri alternativ enerji istehsal edən ölkələrdəndir. Hazırda dünyada bu sahədə 11-ci yerdədir və ilk onluğa girmək niyyəti var. Biz də bu prosesi izləyirik və bu sahəyə maraq göstəririk”.

 

Pünhan Musayeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı