Modern.az

Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı

Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı

Aktual

1 Dekabr 2021, 09:20

“Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım  helikopter qəzası ilə əlaqədar Azərbaycanlı həmkarlarına başsağlığı verib”.

 

Modern.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanova məktub göndərərək deputat həmkarlarına Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi ilə bağlı başsağlığı verib.

 

"Qardaş Azərbaycanda Dövlət Sərhəd Xidmətinə məxsus helikopterin qəzaya düşməsi xəbərini kədərlə öyrəndik. Bu faciəli hadisədə itirdiyimiz şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyir, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı və səbr diləyirik. Biz hər zaman Azərbaycanın yanındayıq!", - başsağlığında qeyd edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar