Modern.az

Yevlaxda YANĞIN

Yevlaxda YANĞIN

Aktual

1 Dekabr 2021, 09:26

Yevlax şəhərində dəyirmanda yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, ümumi sahəsi 450 m² olan dəyirmanın içərisində 8 ədəd bunkerin (hər birinin həcmi 12 ton, sahəsi 4 m²) taxta döşəməsi 32 m² sahədə yanıb.

 

Dəyirman və içərisində rəflərə yığılmış, hər birinin çəkisi 50 kq olan 400 ədəd un kisəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır