Modern.az

Qarabağ iqtisadi rayonuna Prezidentin xüsusi nümayəndəsi TƏYİN EDİLDİ - FOTO

Qarabağ iqtisadi rayonuna Prezidentin xüsusi nümayəndəsi TƏYİN EDİLDİ - FOTO

Qarabağ

1 Dekabr 2021, 16:38

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.


Modern.az
xəbər verir ki, sərəncama əsasən, Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Xatırladaq ki, Emin Hüseynov bu ilin mayında Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi təyin edilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır