Modern.az

Naftalanda Beynəlxalq Əlillər Günü

Naftalanda Beynəlxalq Əlillər Günü

3 Dekabr 2021, 14:56

Naftalan şəhərində ŞİH-nin və Naftalan Əlillərin Regional Bərpa Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhid olmuş igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən natiqlər, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildən Azərbaycanda da geniş şəkildə qeyd olunduğunu vurğulayıblar. Möhtərəm Prezident cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini qeyd ediblər.

 

Sonda tədbir iştirakçıları fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı