Modern.az

Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir

Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir

Təhsil

6 Dekabr 2021, 15:03

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

 

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.

 

Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü