Modern.az

Almaniyanın yeni kansleri seçildi

Almaniyanın yeni kansleri seçildi

8 Dekabr 2021, 13:50

Almaniya bundestaqında keçirilmiş səsvermə nəticəsində Sosial-demokrat partiyasının sədri Olaf Şolts ölkənin yeni kansleri seçilib.

 

Modern.az-ın məlumatına görə, onun lehinə 395 nəfər, əleyhinə 303 deputat səs verib.

 

Gün ərzində O.Şolts Almaniya prezidenti ilə görüşdükdən sonra and içəcək və vəzifələrinin icrasına başlayacaq.

 

Qeyd edək ki, o, bu vəzifədə Angela Merkeli əvəz edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!