Modern.az

Yanukoviç Timoşenkonu andiçmə mərasiminə dəvət etməyib

Yanukoviç Timoşenkonu andiçmə mərasiminə dəvət etməyib

24 Fevral 2010, 14:22

Ukraynaın baş naziri, prezidentliyə keçmiş namizəd Yuliya Timaşenko Viktor Yanukoviçin inaqurasiya mərasiminə dəvət edilməyib.  Modern.az-ın məlumatına görə, bu barədə “Yuliya Timoşenkonun fraksiyası”nın üzvü deputat S.Mişenko RBK saytına bildirib.  “Biz andişmə mərasiminə getməyəcəyik. Bu bizim bayram deyil. Ona görə də bu bayrama dəvət edilməmişik.  Yanukoviç dəvətnamələri müvafiq ictimai xadimlərə, siyasi qüvvələrə göndərir. Bizə belə dəvətnamə gəlməyib”-deyə Radanın deputatı S.Mişenko bildirib.

Y.Timoşenkonun məhkəmədən iddiasnı geri götürməsini şərh edən Mişenko bildirib ki, baş nazir sadəcə “bu farsda iştirak etmək istəməməsi səbəbindən edib.  “Bunu zəiflik kimi qiymətləndirmək lazım deyil”-deyə deputat bildirib. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı