Modern.az

Hərbi xidmətdən yayınanlar 600 ABŞ dollar cərimələcəklər

Hərbi xidmətdən yayınanlar 600 ABŞ dollar cərimələcəklər

19 Fevral 2013, 09:23

Gürcüstanda fevral ayının 1-dən başlanan yaz çağırışı müddətində ümumilikdə 18-27 yaşlı 1650 vətəndaş hərbi xidmətə çağırılacaq. Bu, 2012-ci ildəki 4 347 rəqəmindən əhəmiyyətli dərəcədə azdır. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Gürcüstanın Hərbi xidmət çağırışçıları üzrə əlaqələndirici xidmətinin sədri Goça Kharşiladzeyə istinadən məlumat verib.

G.Kharşiladze bildirib ki, hazırkı çağırış müddətində Müdafiə Nazirliyi üçün 600 nəfər, Daxili İşlər Nazirliyi üçün 670, Həbsxana Nazirliyi üçünsə 365 nəfər xidmətə çağırılacaq. Əgər vətəndaşlar mükəlləfiyyətli hərbi xidmətdən yayınsalar, onlar 600 ABŞ dolları cərimə olunacaqlar. Tibbi müayinə fevralın 15-dən başlayıb və çağırışçılar artıq rəsmən qeydə  alınıblar. Əgər vətəndaş öz hərbi xidmətini 18 aylıq təxirə salmaq
istəyirsə, o, 1.200 ABŞ dollar ödəməlidir.

“Doktrina” JHAM-ın yerli mətbuatdan əldə etdiyi məlumatlara görə, ötən il 1.300 vətəndaş Daxili İşlər Nazirliyinə xidmət üçün çağırılıb, bu il isə həmin rəqəm 670-ə düşüb. Həbsxana Nazirliyi üçün ötən il 650, bu il üçünsə 365 çağırışçı çağırılacaq. Müdafiə Nazirliyi üçün rəqəmlər 2.397-dən 600-ə düşüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir