Modern.az

İlyas İsmayılovun müavini Saakaşviliyə inanmır

İlyas İsmayılovun müavini Saakaşviliyə inanmır

1 Mart 2013, 21:52

Mütəllim Rəhimli: “Gürcüstan prezidentinin Azərbaycanla bağlı açıqlamasının ölkəmizi və xalqımızı sevməsindən irəli gəldiyini iddia etmək səhv olardı”

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli Gürcüstan prezidenti Mixail Saakaşvilinin Rusiyanın Azərbaycanda dövlət çevrilişi hazırlaması planlarından bəhs edən açıqlamasına münasibət bildirib. Modern.az-ın məlumatına görə, o, deyib:

- Bu çox ciddi açıqlamadır və düşünürəm ki, burada üzə çıxmayan, qaranlıq qalan məqamlar deyilənlərdən daha çoxdur. Mixail Saakaşvili Gürcüstan dövləti üçün müstəsna xidmətlər göstərsə də, bu ölkədə yaşayan azərbaycanlıların əksəriyyəti onun apardığı siyasət nəticəsində bir sıra əziyyətlərə qatlaşmalı olublar. Onun Azərbaycanla bağlı açıqlamasının ölkəmizi və xalqımızı sevməsindən irəli gəldiyini iddia etmək səhv olardı. Bizim üzərimizdən siyasət yürütməsi isə yolverilməzdir.

Rusiyanın belə bir ciddi planı olsaydı, Saakaşvili Bakıda olarkən jurnalistlərə açıqlama verərdi. Görünür, Azərbaycanın indiki iqtidarı bu informasiyaya o qədər də əhəmiyyət vermədiyindən məlumat Tbilisidə səsləndirilib.

Saakaşvili birmənalı olaraq Qərbmeylli olduğu üçün onun bu şok açıqlaması Azərbaycan üçün həssas mövcud durumda bir növ Rusiya ilə aramızı vurmaq, münasibətləri daha da gərginləşdirmək cəhdi kimi görünür. Düzdür, hazırda Azərbaycanın həm Rusiya, həm də Qərblə münasibətlərində bir gərginlik var. Lakin bu əsas vermir ki, hansısa bir tərəfin maraqlarının təmin olunması naminə digər tərəf şantaj edilsin və ölkəmiz üzərində oyunlar qurulsun.

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı