Modern.az

Qənirə Paşayevadan humanist addım

Qənirə Paşayevadan humanist addım

Aktual

3 Mart 2013, 14:41

Martın 4-dən etibarən sözləri Qənirə Paşayevaya, musiqiləri mərhum bəstəkar O.Kazımiyə məxsus mahnılardan ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu "Əli və Nino" kitab şəbəkələri mağazalarında satışda olacaq.

8 Mart Benynəlxalq Qadınlar Günü ilə bağlı millət vəkili Qənirə Paşayevanın sözlərinə yazılmış mahnılar əsasında 3 musiqi albomu ışıq üzü görüb. Onlardan birincisi Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Oqtay Kazımının musiqilərinə Qənirə Paşayevanın sözləri əsasında 7 mahnıdan və bir duetdən ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomudur. Qeyd edək ki, bir il əvvəl O. Kazıminin ailə üzvlərinin təşəbbüsü və ideyası ilə görkəmli bəstəkarın indiyədək işıq üzü görməyən bir sıra musiqilərinə, mahnılarına Qənirə Paşayeva sözlər yazmışdı. Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjımanda təqdim olunmuşdu və həmin musiqilərə, mahnılara da sözlər ailə üzvlərinin təşəbbüsü ilə Qənirə Paşayeva tərəfindən yazılmışdı. Bir neçə aydır ki, dinləyicilər tərəfindən maraqla dinlənən mahnıları tanınmış sənətçilər Azərbaycanın Əməkdar Artistləri Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Albomda həmçinin dekabr ayında Oqtay Kazıminin 80 iilik yubileyi ilə bağlı keçirilmiş və albomda öz əksini tapan əsərlərin səsləndiyi ''Ağla mənim üçün bu şəhər və Sən'' adlı layihənin təqdimatı və konsert proqramı da ayrıca disk şəklində öz əksini tapıb. ''Ağla mənim üçün bu şəhər və Sən'' albomu martın 5-də saat 14.30-da Muğam Klubda (Qız Qalasının yanı) təqdim olunacaq. Millət vəkili Qənirə Paşayeva albomun satışından əldə olunan bütün gəliri Şəhid Anaları Cəmiyyətinə bağışlayıb.

Əldə olunan gəlirlə cəmiyyət öz saytını yaradacaq və şəhidlərimizlə bağlı bəzi kitab və materialların çapı həyata keçiriləcək. Arzu edənlər təqdimat mərasimizndə iştirak edə bilərlər.

Eyni zamanda görkəmli bəstəkarın bəzi əsərləri yenidən işlənərək yeni aranjımanda təqdim olunmuşdu və həmin musiqilərə, mahnılara da sözlər ailə üzvlərinin təşəbbüsü ilə Qənirə Paşayeva tərəfindən yazılmışdı. Bir neçə aydır ki, dinləyicilər tərəfindən maraqla dinlənən mahnıları tanınmış sənətçilər Azərbaycanın əməkdar artistləri Aybəniz Haşımova, Gülyanaq Məmmədova, Firuzə İbadova, gənc və istedadlı sənətçilər Ayaz Qasımov və Aynişan Quliyeva tərəfindən ifa olunub. Albomda həmçinin dekabr ayında Oqtay Kazıminin 80 iilik yubileyi ilə bağlı keçirilmiş və albomda öz əksini tapan əsərlərin səsləndiyi ''Ağla mənim üçün bu şəhər və Sən'' adlı layihənin təqdimatı və konsert proqramı da ayrıca disk şəklində öz əksini tapıb.

''Ağla mənim üçün bu şəhər və Sən'' albomu martın 5-də saat 14.30-da Muğam Klubda (Qız Qalasının yanı) təqdim olunacaq. Millət vəkili Qənirə Paşayeva albomun satışından əldə olunan bütün gəliri Şəhid Anaları Cəmiyyətinə bağışlayıb. Əldə olunan gəlirlə cəmiyyət öz saytını yaradacaq və şəhidlərimizlə bağlı bəzi kitab və materialların çapı həyata keçiriləcək.
Arzu edənlər təqdimat mərasimində iştirak edə bilərlər.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü