Modern.az

Milli Məclis İranla sadələşdirilmiş sərhəd məsələsinə baxa bilər

Milli Məclis İranla sadələşdirilmiş sərhəd məsələsinə baxa bilər

5 Mart 2013, 16:55

Parlamentin spikeri Oqtay Əsədov bunu istisna etməyib...

Milli Məclisin martın 5-də keçirilən axşam iclasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının qanuna dəyişikliklərin edilməsi barədə müzakirələr aparılarkən bir sıra maraqlı məqamlara toxunulub.

Modern.az saytının məlumatına görə, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov İranla 45 km-lik sadələşdirilmiş gəliş-gedişlə bağlı ləğv edilmiş qanunun yenidən bərpa edilməsinin mümkün olduğunu bildirib. Spiker bildirib ki, İran tərəfinin müqaviləni uzatmaq barədə təklifi olmadığından bu məsələ gündəliyə salındı və ləğv edildi.

“Gələcəkdə bu müqavilənin yenidən imzalanması arzu olunsa, o zaman biz yenidən məsələyə qayıda bilərik”-deyə spiker bildirib.

Qeyd edək ki, Milli Məclisin 2012-ci il dekabırn 11-də keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında" sənəd ləğv edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü