Modern.az

“Ordu əleyhinə aparılan prosesdə kampaniyaçılıq elementləri var” - MÖVQE

“Ordu əleyhinə aparılan prosesdə kampaniyaçılıq elementləri var” - MÖVQE

6 Mart 2013, 09:52



“Azərbaycan ordusu barədə elə təsəvvür yaradılır ki, guya keçmiş SSRİ ölkələri orduları içərisində ən neqativ hadisələr burada baş verir. Mən vəziyyətin belə şişirdəlməsinin əleyhinəyəm. Hesab edirəm ki, burada kampaniyaçılıq elementləri var”.
Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlər orduda əsgər ölümləri ilə bağlı ictimai etiraz çağırışlarına münasibət bildirərkən deyib.

  Millət vəkilinin sözlərinə görə, bütün ölkələrin ordularında itkilər baş verir. “Mən jurnalistləri digər ölkələrdəki əsgər itkiləri ilə bağlı obyektiv araşdırma aparmağa çağırıram. Bu zaman vəziyyətin necə olduğunu görə bilərik”.   Prezident yanında Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının üzvü olan Əli Hüseynov orduda korrpusyia hadisələrinin ört-basdır edilməsi ilə bağlı səslənən fikirlərə etiraz edib.

“Mən belə hesab etmirəm. Biz əksinə, bir neçə il əvvəl cinayət prosessual qanunvericiliyinə korrpupsiya hallarının araşdırılması ilə bağlı dəyişiklik etmişik və Hərbi Prokurorluğa səlahiyyətlər vermişik. Prokurorluq bu səlhaiyətlərdən istifadə edir. Kifayət qədər ciddi araşdırmalar gedir”-deyə komitə sədri vurğulayıb.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?