Modern.az

Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov...Üçüncü kimdir ?

Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov...Üçüncü kimdir ?

8 Aprel 2013, 10:18

Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov...Üçüncü kimdir ?

Yuxarıda adları çəkilən şəxsləri artıq Azərbaycanda və Ermənistanda təqdim etməyə ehtiyac yoxdur. Ölkəmizdə onlar erməni millətçilərinin mənafelərinin müdafişəçisi, Ermənistanda isə arzuolunan insanlar kimi tanınmağa başlayıblar.

Bir müddət əvvəl Azərbaycan yazıçısı Ə.Əylislinin "Daş yuxular" romanı yaşadığı ölkədə böyük bir şok yaratdı. Erməni-azərbaycan qarşıdurması mövzusuna toxunan yazar azərbaycan xalqını qaniçən, vənşi, insani hisslərdən və sivilizasiya dəyərlərindən uzaq olan bir toplum kimi təqdim etdi. Sanki 1918-ci il mart qıırğınlarını, 1948-1953-cü illər Ermənistandan köçürmələri, Birinci Qarabağ müharibəsindəki qırğınları , ən əsası Xocalı faciəsini erməni millətçiləri deyil, azərbaycanlılar ermənilərə qarşı törətmişdilər.

Kinorejissor Rüstəm İbrahimbəyov isə bu günlərdə "Rostbalt" informasiya agentliyinə verdiyi geniş müsahibədə Əylislinin ideya xəttini davam etdirərək, maraqlarını daha geniş açdılar. Əgər Ə.Əylisli ancaq bədii təxəyyül vasitəsilə erməni millətçilərinin Azərbaycan torpaqlarına torpaq iddiasına sülhpərvər don geyindirirsə, kinorejissor nöqtəni birdəfəlik qoydu. O Dağlıq Qarabağın erməni və azərbaycanlılar tərəfindən iddialarına elmi mübahisə predmeti adlandıraraq, o torpaqların Azərbaycan məxsusluğunu şübhə altına aldı.

Hətta daha irəli gedərək problemin hərb yolu ilə həllini cinayət adlandırdı. Deməli, Azərbaycan Ordusunu saxlamağa, cəbhə xəttində on minlərlə əskər və zabitlərimizin keşik çəkməsinə ehtiyac yox imiş və əgər Azərbaycan işğal edilmiş torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayarsa dövlətmiz Ermənistana qarşı cinayət etmiş olur.

İki ziyalımız açıq-aydın Azərbaycanda erməni millətçilərinin maraqlarının müdafiəçisi rolunu ioynamağa başladılar. Nəzərə alsaq ki, onların hər ikisi Ziyalılar Forumu deyilən ictimai-siyai qurumda təmsil olunurlar, demək Ermənistan maraqlarının Azərbaycanda müdafiə edən siyasi təşkilat da hazır imiş. Texniki məsələ isə, sadəcə olaraq zaman-zaman bu xəttin açıq dəstəyi mövqeyi ilə cəmiyyətə çıxmaqdır.

Bir müddət əvvəl həmin forum bazasında "El" hərəkatı deylən müxalif ictimai-siyasi təşkilat yarandığı elan edildi. Nəzərə alsaq ki, nə Ziyalılar Forumu, nə yeni hərəkat, üzvləri olan Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyovun məlum mövqelərini pisləmədilər, onların eyni ideoloji mövqeyə söykəndiklərini müəyyən etmək olar. Və elə isə Azərbaycan cəmiyyəti vaxt aşırı Azərbaycanın Dağlıq Qarabağa olan hüququnu şübhə altına alan və Ermənistanın torpaqlarımızda törətdikləri cinayətləri elə azərbaycan xalqının adına yazan yeni bəyanatlar eşidəcəkdir.

Elə isə sual olunur, üçüncü kim olacaq ?

Aydın Mirzəzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi