Modern.az

Roland Kobia Azərbaycandan getdi

Roland Kobia Azərbaycandan getdi

Aktual

3 May 2013, 11:47

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub. Modern.az APA-ya istinadən bildirir ki, nümayəndəliyə isveçli diplomat Malena Mard rəhbərlik edəcək. Müvafiq təyinat dünən Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton tərəfindən imzalanıb.

Malena Mard hazırda İsveç Xarici İşlər Nazirliyində Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru vəzifəsində çalışır. O bundan əvvəl ölkəsinin Sankt-Peterburq, Dəkkə və Brüsseldəki nümayəndəliklərində çalışıb. Malena Mard bu postda Roland Kobianı əvəzləyəcək. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı