Arxiv
10 May 2013, 17:24 | AKTUAL
Məhək daşı xoşməramlılıq olan Fond

Bu gün Heydər Əliyev Fondu öz yaşını qeyd edir. 2004-cü il ildə yaradılmış Fond tarixi çox qısa müddət olan bu 9 ildə öz xeyirxah missiyası ilə təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınıb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti bir çox istiqamətlərə yönəlib:

Təhsil sahəsində: "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı". Aparılan monitorinqlərin nəticəsi olaraq respublikanın bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil edib. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyənləşdirilib. Uşaq müəssisələri əsaslı şəkildə təmir edilib, əlavə yardımçı binalar inşa olunub, yaşayış üçün rahat kommunal şərait yaradılıb və təzə avadanlıqla komplektləşdirilib.

"Yeniləşən Azərbaycana yeni məktəb” proqramı əsasən təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın yaxşılaşdırılmasına, tədris prosesinin səviyyəsinin yüksəldilməsinə imkan verən məktəb binalarının inşasına istiqamətlənib.

"Təhsilə dəstək" layihəsi çərçivəsində daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən olan minlərlə uşağa məktəb ləvazimatları, Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompüter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə olunub.
Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə əyani vəsaitlər hazırlanıb, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə verilib. Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbinin tikintisi həyata keçirilib.
2008-ci ildə Bakıda YUNESKO-nun himayəsi ilə təhsillə bağlı regional konfrans gerçəkləşib. World Vision ("Dünyaya baxış") təşkilatı tərəfindən fonda təqdim edilən və məxsusi olaraq uşaq müəssisələri üçün nəzərdə tutulmuş 1000-dək nəfis tərtibatlı kitab uşaq evlərinə və internat məktəblərinə paylanılıb.

Səhiyyə sahəsində: "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilib. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin ediliblər.
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində Azərbaycanda müasir avadanlıqla təchiz olunmuş Talassemiya Diaqnostika Mərkəzinin yaradılıb. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilib. Fransanın "Servye" şirkəti tərəfindən Fonda verilən "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanıb.
Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilib.

Mədəniyyət sahəsində: "Qarabağ xanəndələri" musiqi albomunun nəşri. Azərbaycan muğam sənətinin inkişafı və muğam mədəniyyəti ənənələrinin qorunub saxlanmasını nəzərdə tutan "Muğam İrs", "Muğam Dəstgah", "Muğam Ensiklopediyası", "Muğam-İnternet", "Muğam-Antologiya", "Muğam dünyası", "Muğam Mərkəzi" layihələri silsiləsindən "Muğam İrs" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomu nəfis şəkildə nəşr olunub. Albomda 24 muğam ustasının ifasında səslənmiş muğamlar toplanıb. Musiqi albomu həm də Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırmaq məqsədi daşıyır.
2005-ci ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında "Qarabağ xanəndələri" albomunun təqdimatı keçirilib. Səfiəddin Urməvinin, Fəthullah Şirvaninin və digər görkəmli müəlliflərin əsərləri işıq üzü görüb.
Beynəlxalq Muğam Mərkəzinin yaradılması. Fondun təşəbbüsü iləYUNESKO Azərbaycan muğamını bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edib, Bakıda Beynəlxalq Muğam Mərkəzi inşa edilib. "Televiziya muğam müsabiqəsi-2005"in keçirilib. Fondun dəstəyi ilə Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilib, Comərd Qəssab məzarının və məzarüstü türbəsinin bərpa olunub. Görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılıb. Fransanın Versal sarayında, Gürcüstanda, Tbilisi şəhərində yaşayıb-yaratmış görkəmli Azərbaycan şəxsiyyətləri Mirzə Şəfi Vazehin və Mirzə Fətəli Axundovun, habelə Fətəli xan Xoyskinin, digər tanınmış simaların qəbirüstü abidələrinin yenidən qurulub.

Elm və texnologiya sahəsində. Zənginliyinə görə analoqu olmayan "Azərbaycan" portalı (www.azerbaijan.az) yaradılıb. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi həyata keçirilib. Uşaqlar üçün Model İKT sinifləri yaradılıb, xaricdən xüsusi kompüter avadanlığı alınıb quraşdırılıb.
Fondun təşkilatçılığı ilə keçirilən beynəlxalq konfranslar. YUNESKO ilə birgə 2005-ci il avqustun 24-də "Gülüstan" sarayında keçirilən "YUNESKO-Azərbaycan: gələcəyə körpü" mövzusunda konfransda Azərbaycanın təhsil sistemində aparılan islahatlar, Avropa təhsil sisteminə inteqrasiya və digər məsələlər müzakirə olunub. "Avrasiyada mədəniyyət müxtəlifliyi: Azərbaycan – sivilizasiyalararası dialoqun keçmişi və bu günü" XIII beynəlxalq konfrans. Azərbaycanın tarixi və mədəni ənənələrini, mövcud tolerantlığını nəzərə alaraq Latın Mədəniyyəti Akademiyası özünün sayca XIII konfransını 2006-cı il aprelin 24-də Bakıda Heydər Əliyev Fondu ilə birgə keçirib. "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda beynəlxalq konfrans baş tutub.

Fondun nəşrləri: "Qarabağ həqiqətləri" toplusu. Beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçaları nəşr olunub. Murad Adcının "Türklər və dünya: munis tariximiz", ABŞ-ın Mərkəzi Asiya-Qafqaz İnstitutu - İpək Yolu Araşdırmalar Proqramının rəhbərləri Frederik Starr və Svante Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi", "Azərbaycan təbiəti", Linda Li Rattonun "Yuxuların çin olduğu yerdə" kitabları bu qəbildəndir.

Ekologiya. 2007-ci ilin Novruz bayramı ərəfəsində fond paytaxt Bakı ətrafındakı Qala qəsəbəsində istifadəsiz 8 hektar sahədə 9 min həmişəyaşıl tingin əkilməsi ilə "Hərəmiz bir ağac əkək!" layihəsinə start verilib.

Sonda qeyd edək ki, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Milli Məclisin deputatı kimi də fəaliyyətində əsl professionallıq, siyasi yetkinlik və humanizm nümunəsi göstərir. Məhz onun sayəsində parlament iki dəfə Amnistiya Aktı qəbul edib. Bütün sadalanmış və hamısının bir-bir sadalanması bir yazıya yerləşməyəcək şəfqət və mərhəmətlə işıldayan faktlar Heydər Əliyev Fondunun mahiyyətini bir daha nümayiş etdirir: hər şey insan naminə, hər şey insanlıq naminə, hər şey bütöv, bölünməz Azərbaycan naminə...

Pərvin Arzuqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsu iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerika daha nümunə ola bilmir: Dünyanın heyrətlə baxdığı institutun iç üzü – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “Problemli kreditlərlə bağlı əhalini sevindirəcək dəyişiklik gözlənilir” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39