Arxiv
27 mart 2010, 15:56 | İQTİSADİYYAT
Varlıların oyunu...

Qolf təbiətdə xüsusi olaraq düzəldilmiş yaşıl sahədə qolf çubuqları və kiçik sərt topla oynanılan bir oyundur. Oyunun məqsədi, sahənin təyin olunmuş 18 parkurunu (çuxurunu) qolf topuna ən az vuruş edərək tamamlamaqdır. Qolf Qərb ölkələrində əsasən varlıların, aristokratların məşğul olduğu idman növü sayılır.

Bu idman növünü digər idman oyunlarından ayıran əsas xüsusiyyətlərdən biri bütün oyun sahələrinin bir-birindən fərqli olmasıdır. Dünyada bir-birinin eynisi olan heç bir qolf sahəsi yoxdur. Sahədə hər çuxurun uzunluğu bir-birindən fərqlidir. Qolf sahələrinin cəmi uzunluğu, normal olaraq 5400 metrlə 7000 metr arasında dəyişə bilər. Əksər idman növlərində olduğu kimi, qolfda da bir qolfçunun gerçək rəqibi digər oyunçulardır. Amma bu oyunun sahəsi xüsusi relyefli olduğundan qolfçunun əsas rəqiblərindən biri də qolf meydançasıdır.

Qolfda iki əsas qayda var: oyunçuya və sahəyə hörmət.

Bu prinsiplərə bağlı hərəkət edilməsi sayəsində qolf idmanı geniş yayılıb və çox sevilir. Qolf idmanı hazırda milyardlarla dolların yatırıldığı bir sahədir.

Qolfçuların bir-birinə çox yüksək səviyyədə hörmət etməsi xüsusi diqqət çəkir. Bir qolfcu vuruş hazırlığına başladıqdan ta vuruşu bitirənə qədər digər oyunçular qımıldanmamalı, hərəkətsiz və susqun vəziyyətdə dayanmalıdırlar. Vuruş hazırlığı golfcu çubuğunu çantasından çıxardığı andan başlayır. Ümumiyyətlə vuruşu etməzdən əvvəl hər oyunçunun yerinə yetirdiyi bir ritual var. Qolfçunun bütün diqqətini topa yönəltməsindən ibarət olan bu ritual təxminən 30-40 saniyə çəkir. Məhz bu müddət oyunçunun konsentrasiyası üçün çox əhəmiyyətlidir. Bu sırada ətrafdakı oyunçular ya da tamaşaçılar arasında danışanlar olsa, vuruşu edəcək qolfçu konsentrasiyasını itirə bilər. Vuruş edən qolfçunun arxasında və ya yanında onu narahat edəcək qədər yaxın məsafədə dayanmaq olmaz. Bir sözlə, qolfun ən əhəmiyyətli xüsusiyyəti peşəkarlığı önə çıxaran və əsrlərdir dəyişməyən etik qaydalarıdır.

Qolfçu üçün vacib qaydalardan biri də qolf meydanına diqqət və hörmətlə yanaşmaqdır. Oyunçu vuruş əsnasında sahədə ziyan verdiyi yerləri təmir etməyi bacarmalıdır. Məsələn, çəmən qapaqlarını yerinə qoymaq, top izlərinizi təmir etmək və s.

Qolfda hər çuxur xüsusi olaraq işarələnir, «tee» adı verilən başlanğıc parkur, «gren» adı verilən və içərisində ucu bayraqlı son parkur olur. Digər hər çuxurun adı və topun neçə vuruşda çuxura atılacağını təyin edən tərifi vardır. Məsələn, par 3, par 4, par 5 kimi. Yəni 3 vuruşda, 4 vuruşda və 5 vuruşda qolf topunun çuxura atılması.

Bir parkurdaki oyunun tamamlanması üçün topun mütləq neçə vuruşda olursa-olsun çuxura atılması lazımdır. Çuxurun içində metal və ya plastikdən hazırlanmış çanaq olur. Çuxurun diametri 10,8 sm, dərinliyi isə 10 sm ətrafındadır.

Qolf oyunu ən az iki, ən çox dörd adam tərəfindən oynanılar. Oyun «tee-box» adı verilən yüngülcə yüksəldilmiş bir sahədən topa zərbə ilə başlayır. Daha sonra «putting green» adı verilən pata sahəsiylə çuxur sona çatır. Pata sahəsi çox keyfiyyətli çəmənlə qablı və davamlı qısa kəsilərək pata etməyə uyğun hala gətirilmiş, ortasında və ya kənarında bayraqla işarələnilmiş çuxura verilən addır.

Bu oyunun özünə xas qaydaları dünyada qolf nüfuzu olaraq müzakirəsiz qəbul edilən «ROYAL AND ANCIENT ST ANDREWS» quruluşudur. Bu quruluşun təyin etdiyi qaydalar dünyanın hər yerində qəbul edilib.

Qolf dünyada xüsusilə də İngiltərə və ABŞ-da sürətlə inkişaf dövrü keçib. ABŞ-da 250 mindən çox qolf sahəsi və 35 milyondan çox qolfçu var. Bu idman növü Avropa ölkələrində də çox məşhurdur. Ümumiyyətlə qolfun ən məşhur olduğu ölkələrin başında İngiltərə, İspaniya, İsveç, Fransa və İtaliya dayanır. Dünyanın ən əhəmiyyətli qolf turnirləri 4 major turnir olaraq bilinər. Mövsüm adətən aprel ayında açılır.

Qolf idmanıyla bağlı bir çox film də çəkilib. Bu filmlərin mövzusu qolf idmanından və qolfun əfsanəvi oyunçularının həyatından bəhs edir. Məsələn, dünya qolf tarixinin gəlmiş-keçmiş ən böyük həvəskar golfcusu olaraq qəbul edilən Bobbi Conesin həyatından bəhs edən film bütün həvəskar idmançılara tövsiyə edilən sənət əsəri sayılır. Dünyanın məşhur adamları arasında qolfa hobbi kimi baxanlar çoxdur. Məsələn, ABŞ-ın keçmiş prezidentləri ata və oğul Corc Buşlar boş vaxtlarında qolf oynamağı çox sevirlər.

Azərbaycanda da kiçik qolf meydançaları var. Bakının Binə qəsəbəsində Azərbaycanda ilk ən böyük qolf oyunu meydançası salınacaq. Qolf meydançasını Cə­nu­bi Ko­re­ya­nın «Ko­lon» şir­kə­ti inşa edəcək. Meydançanın sahəsi üçün 100 hektar ərazi ayrılıb. Bu oyun ye­ni id­man nö­vü ol­du­ğu­na gö­rə xa­ric­dən Azərbaycana mü­tə­xəs­sis­lərin də­vət olun­ması, tə­lim kurs­la­rının təşkili nəzərdə tutulur.

Doğrudur, indiyədək Bakıda bəzi xarici şirkətlərə məxsus ərazilərdə onların öz işçiləri üçün bir neçə kiçik qolf meydançası yaradılıb. Binədə salınacaq 100 hektarlıq yeni meydança isə Bakıda qolf oynamaq üçün ən böyük idman arenası olacaq. Qeyd edək ki, qolf Qərb ölkələrində əsasən varlıların, aristokratların məşğul olduğu idman növü sayılır. Elə Binə qəsəbəsində tikiləcək qolf meydançası da Azərbaycanın varlı sakinləri üçün nəzərdə tutulur. Çünki meydançanın ətrafında bahalı villaların tkintisi planlaşdırılır. Adəm Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34 Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?! 21 Sentyabr 2019, 15:23 Umud Mirzəyev Cenevrədə bəyanat verib 21 Sentyabr 2019, 15:15 İlham Əliyev Səudiyyə Ərəbistanının kralını təbrik etdi 21 Sentyabr 2019, 15:04 Bakı metrosunda HADİSƏ - Qatar TÜSTÜLƏNDİ - Sərnişinlər təxliyə olundu 21 Sentyabr 2019, 14:55 Prezidentdən Xələf Xələfovla bağlı daha bir SƏRƏNCAM 21 Sentyabr 2019, 14:51 “UNEC ikili diplom proqramları” sərgisi keçirildi 21 Sentyabr 2019, 14:45 Çinin nümayəndə heyəti Milli Xalça Muzeyinə gəldi 21 Sentyabr 2019, 14:13