Modern.az

Nazir Malayziyaya gedən idmançılarla görüşdü

Nazir Malayziyaya gedən idmançılarla görüşdü

İdman

27 Fevral 2023, 17:36

Gənclər və idman naziri Fərid Qayıbov Malayziyaya yollanacaq gənc badmintonçularla görüşüb.

 

Modern.az-ın məlumatına görə, idmançılara uğurlar arzulayan nazir onların qazanacaqları təcrübənin ölkədə badminton idman növünün inkişafına töhfə verəcəyinə inandığını bildirib.

 

Qeyd edək ki, badminton üzrə yeniyətmələrdən ibarət Azərbaycan milli komandasının üç idmançısı Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova martın 1-dən Petronans Malayziya Badminton Akademiyasında 2023-2024-cü illər ərzində fasiləsiz olaraq təlim məşq düşərgəsində iştirak edərək peşəkarlıq səviyyəsini artıracaq və orta təhsillərini həmin akademiyada davam etdirəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi