Şəhid polis Naxçıvanda torpağa tapşırıldı - YENİLƏNİB

Şəhid polis Naxçıvanda torpağa tapşırıldı - YENİLƏNİB

20 Sentyabr 2023, 11:24

Yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov dəfn edilib

 

Modern.az xəbər verir ki, sentyabrın 20-də Füzulidə yol qəzasında həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu atəşi və Dövlət Himninin sədaları altında Naxçıvan şəhəri, Əliabad qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər.

 

Dəfndə şəhidlərin ruhuna dualar oxunub, qəbrinə tər güllər düzülüb.

 

***

08:07

Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun cənazəsi Naxçıvana gətirilib.

 

Modern.az xəbər verir ki, sentyabrın 20-də Naxçıvan Beynəlxalq Hava Limanında polis serjantı Ələsgər Əsgərovun cənazəsinin qarşılanma mərasimi olub.

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və Ələsgər Əsgərovun ailə üzvləri tədbirdə iştirak ediblər.

 

Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülmüş cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib.

 

Səlahiyyətli nümayəndə polis serjantı Ələsgər Əsgərovun ailə üzvləri ilə görüşərək başsağlığı verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna irəlilədi: Rusiya bir gündə şok itki verdi