Modern.az

Kəndlinin inəyi birdəfəyə 4 buzov doğub

Kəndlinin inəyi birdəfəyə 4 buzov doğub

26 Aprel 2010, 10:47

Türkiyənin Büydüz diyarında Holstein cinsli inək bir dəfəyə dörd əkiz buzov doğub.

Türk mətbuatının məlumatına görə, Büydüzdə yaşayan Xəlil Candan inəyinin doğumunun başladığını görüncə dərhal müdaxilə etdiyini və ilk buzovun doğulmasını təmin etdiyini söyləyib.

 

Daha sonra baytar həkimə xəbər verməyi uyğun hesab edən Candan bBaytar həkimin müayinəsi əsnasında ikinci buzov, üçüncü buzov, deyərkən dördüncü buzov da doğuldu. Buzovlarımızın ikisi kişi, ikisi dişi. Sağlamdılar, çox xoşbəxtəm deyib.

Dörd əkiz buzovun doğumunun nadir görüldüyünü ifadə edən baytar həkim Murad Özdəmir isə adətən belə hadisələrdə inəyin buzovları bəsləməkdə çətinlik çəkdiyini deyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi