Arxiv
25 Sentyabr 2009, 14:01 | ÖLKƏ
Azərbaycanda "donuz qripi"nə qarşı birinci peyvənd olunacaq əhali qrupu müəyyənləşib

Dünyada “donuz qripi” kimi tanınan A(H1N1) virusundan ölənlərin sayı 3300-ü ötüb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 270 mindən çox insan bu virusa yoluxub. Statistikaya görə, dünyada bir sutka ərzində 1200-ə yaxın adam "donuz qripi"nə yoluxur. Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, lazımi tədbirlər görülməzsə, yer kürəsində 2 milyard insanın bu virusa yoluxma riski var. Payızın sonlarında “donuz qripi” epidemiyası pik həddinə

çata bilər.

Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında bu virusa qarşı vaksinin hazırlanması işi yekunlaşmaq üzrədir. Vaksinin hazırlanması üzərində 25 laboratoriya işləyir. Həmin preparatların kütləvi istehsalına sentyabrın sonu və ya oktyabrın əvvəllərində başlanacağı gözlənilir. Əsas ofisi İsveçrənin Cenevrə şəhərində yerləşən ÜST laboratoryaların A(H1N1) virusuna qarşı ildə 3 milyard vaksin hazırlayacağı və bir dozanın bir pasiyentə kifayət edəcəyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, hələlik  vaksin istehsalının həcmi planetin 6,8 milyardlıq əhalisini eyni vaxtda vaksinlə təmin etməyə kifayət etməyəcək. ÜST-nin məlumatına görə, yaxın vaxtlarda A(H1N1) virusuna qarşı peyvəndin tətbiqinə başlanacaq. Yeni vaksinin tətbiqi ilə bağlı qurumun tövsiyələri də hazırlanır. Bu arada məlum olub ki, «donuz qripi»nə qarşı vaksinlərin qiyməti 2,5-20 dollar arasında olacaq. A(H1N1) virusuna qarşı vaksinlərin bir dozasının qiyməti hər bir ölkənin əhalisinin gəlirlərindən asılı olaraq dəyişəcək.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, əhalisinin gəlirləri yüksək olan ölkələr vaksinin bir dozasını 10 dollardan 20 dollaradək qiymətə alacaqlar. Əhalisinin gəlirləri orta səviyyədə olan ölkələr bu məbləğin yarısını, yoxsul ölkələr isə yarısından da azını ödəyəcəklər.

Vaksinasiya hələlik dünyanın  hər bir ölkəsinin bütün sağlam əhalisinə şamil edilməyəcək. İstehsal tempi və maliyyə problemləri bütün əhalinin peyvəndlənməsinə imkan

vermədiyinə görə, ilk növbədə əsas risk qrupları

vaksinasiya olunacaq. ÜST-nin tövsiyələrinə əsasən, “donuz qripi” əleyhinə vaksinasiyanın prioritet qrupunu hər bir ölkənin milli səhiyyə orqanları özləri müəyyənləşdirəcək. Avropa ölkələri "donuz qripi"nə qarşı peyvənd ediləcək əhalinin üç prioritet qrupunu artıq müəyyənləşdirib. Bu qruplara hamilə qadınlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər və səhiyyə

işçiləri daxil edilib. Bəs Azərbaycanda ilk növbədə kimlər peyvənd olunacaq?

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov Modern.az-a bildirib ki, Azərbaycanda “donuz qripi”nə qarşı hansı əhali qrupunun ilk növbədə peyvənd ediləcəyi artıq müəyyən olunub: “Əslində bütün əhali peyvənd olunmalıdır. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı hələlik ilkin mərhələdə heç bir ölkəni lazımi qədər vaksinlə təmin edə bilməyəcək. Ona görə də Azərbaycan tərəfi belə qərara alıb ki, ilkin etapda orqanizmi zəif olan vətəndaşlar peyvənd edilsin. Yəni ölkəmizdə hamıdan öncə immuniteti zəif olanlar, xəstəliyi ağır keçirən insanlar və bir də məktəbyaşlı uşaqlar  peyvənd ediləcək”.

Şair Qurbanov onu da qeyd edib ki, “donuz qrip”nə qarşı vaksinin yaxın vaxtlarda hazır olacağı bildirilsə də, bu preparatın kokret nə vaxtdan ölkələrə paylanılacağı məlum deyil.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanlı deputat cəbhədəki vəziyyəti britaniyalı deputatlarla müzakirə etdi 14 İyul 2020, 15:17 Tovuz istiqamətində şiddətli döyüşlər gedir - Müdafiə Nazirliyi 14 İyul 2020, 14:54 Ermənistanın artilleriya atəşi nəticəsində Tovuzda ev və həyətyanı sahələrə ziyan dəyib 14 İyul 2020, 14:52 Ermənistan ordusunun zabitləri məhv edildi - RƏSMİ 14 İyul 2020, 14:46 Deputat: “Ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır” 14 İyul 2020, 14:41 Kremldən Tovuzda gedən döyüşlərə REAKSİYA 14 İyul 2020, 14:36 Xarici İşlər Nazirliyindən cəbhədəki vəziyyətlə bağlı yeni AÇIQLAMA 14 İyul 2020, 14:30 Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 14:24 Toyuna hazırlaşan şəhid hərbçimiz dəfn olunur - FOTO 14 İyul 2020, 14:18 Beş nəfəri hədələyərək 2 mindən çox pul aldı 14 İyul 2020, 14:12 Bakı sakinləri kredit borcunu ödəyə bilmir 14 İyul 2020, 14:06 Dünya Bankı Azərbaycanı digər ölkələrə nümunə göstərdi 14 İyul 2020, 14:00 Sabirabadda tüfənglə qonşusunu güllələyən şəxs saxlanıldı 14 İyul 2020, 13:54 KTMT-dən ermənilərin törətdikləri təxribatla bağlı BƏYANAT 14 İyul 2020, 13:48 Bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA 14 İyul 2020, 13:42 Daha 51 şəhidin vərəsələrinə birdəfəlik ödəmə veriləcək 14 İyul 2020, 13:36 Tovuz döyüşlərində 7 hərbçimiz ŞƏHİD OLUB - SİYAHI 14 İyul 2020, 13:30 Sabahın hava PROQNOZU 14 İyul 2020, 13:25 “Hazırda cəbhə bölgəsində döyüşlər davam edir” - Nazir müavini  14 İyul 2020, 13:20 Ordumuzun generalı və polkovniki ŞƏHİD OLDU 14 İyul 2020, 13:15 Rusiyada koronavirusa yoluxanların sayı 740 minə çatdı 14 İyul 2020, 13:09 Goranboyda online-video müşavirəsi keçirilib - FOTO 14 İyul 2020, 13:04 “Qafqaz lokal müharibə astanasındadır” – Gürcü politoloq 14 İyul 2020, 13:00 Ordumuz ermənilərin daha bir sıra mövqelərini məhv etdi - VİDEO 14 İyul 2020, 12:54 Ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın mülki vətəndaşı həlak oldu 14 İyul 2020, 12:48 Milli Məclisin Sədri TürkPA-ya və Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinə müraciət etdi 14 İyul 2020, 12:42 Fazil Mustafanı da Prezident Adminstrasiyasına çağırdılar 14 İyul 2020, 12:36 Ermənilər Tovuzda mülki şəxsləri hədəfə aldılar - RƏSMİ 14 İyul 2020, 12:30 Müəllimlər üçün imtahan keçiriləcək 14 İyul 2020, 12:25 Bu şəhərdə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı - FOTOLAR 14 İyul 2020, 12:20 Pakistandan Ermənistana SƏRT BƏYANAT 14 İyul 2020, 12:15 Prokurorluq Goranboydakı hadisə ilə bağlı məlumat yaydı 14 İyul 2020, 12:10 28 yaşlı kişi keçmiş arvadının boğazını kəsdi 14 İyul 2020, 12:05 İTV avtomobillərin hərəkətini monitorinq edəcək 14 İyul 2020, 11:59 Düşmən ordusuna layiqli cavab verildi 14 İyul 2020, 11:53