Arxiv
30 Noyabr 2013, 10:35 | İQTİSADİYYAT
Vətəndaş məmnunluğuna yol açan xidmət - ASAN


Gənc vətəndaş şəxsiyyət vəsiqəsi almaq istəyirsə, bir qapıdan daxil olmaqla həm foto çəkdirə, həm gözünün rəngi və boyunun ölçüsünü göstərən tibbi arayışı ala, eyni zamanda sənədləri digər xidmət pəncərəsinə təqdim edərək bu xidmətdən faydalana bilər.

Yaxud başqa bir misal: alqı-satqı həyata keçirtmək istəyən şəxs daşınmaz əmlak bölməsinə müraciət edib mənzilin yüklülüyünün olub-olmaması haqqında Forma-1 arayışını alır və ardıca yan pəncərədəki notarial xidmətdə alqı-satqını həyata keçirir. Həmin alqı-satqının ödənişini isə daha bir neçə addım kənardakı pəncərəyə yaxınlaşmaqla bank xidmətinə ödənilir. Vətəndaş ardınca alqı-satqı sənədləri ilə bərabər daşınmaz əmlak bölümünə yaxınlaşır, son nəticədə qeydiyyat vərəqəsini öz adına keçirir, məsələ bitir. Bütün bunlar isə vahid məkanda - ASAN Xidmət Mərkəzində elə asan yolla həyata keçirilir.

Bunlar bizim Xidmətin Xətai bölümündə olarkən müşahidə etdiklərimizdəndir. ATƏT-in Bakı Bürosunun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov deyir həyat yoldaşı üçün şəxsiyyət vəsiqəsi almağa gəlib: “Proses cəmi 15-20 dəqiqə çəkdi. Elə sənədlərimizi verdiyimiz yerin yanındaca 40 manat 20 qəpik rüsum ödədik və 10 günə də gəlib sənədimizi alacağıq”. Rəşad bəy deyir ki, artıq ikinci dəfədir ASAN-a müraciət edir: “Evin qeydiyyat vəsiqəsinin alınması ilə bağlı Forma-1 alırdım. Qeyd olunduğu tarixdə yaxınlaşdım, dərhal da sənədi mənə təqdim etdilər. Daha deyilmədi ki, “get, sabah gələrsən”, yaxud sənədin vaxtında hazırlanmasına görə hər hansı əlavə rüsum, ya haqq ödəmədim. Hər şey rəsmiyyət əsasında oldu”.

Nazim Əliyev isə bildirir ki, Gürcüstan vətəndaşı olan gəlinini müvəqqəti qeydiyyata saldırmaq üçün gəlib: “Müvafiq sənədlərin surətini təqdim etdim. Cəmi 5-10 dəqiqə çəkdi. Bir aydan sonra gəlib sənədi götürəcəyəm”. N.Əliyev bundan əvvəl oxşar məsələlərlə bağlı aidiyati qurumlara dəfələrlə müraciət edibmiş: “Lakin orda daha çox vaxt itkisinə məruz qalırdıq. Burada isə notariuslar çoxdur deyə, sənədlər dərhal təsdiqlənir və digər şöbəyə ötürülür. Ancaq Miqrasiya Xidmətinə gedirdik, böyük növbələrlə üzləşirdik”.

Xatırladaq ki, prezident 13 iyul 2012-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Bu Agentliyin əsas məqsədlərindən biri ASAN Xidmət mərkəzlərinin işinin təşkili, dövlət qurumlarında informasiya bazalarının qarşılıqlı inteqrasiyasını təmin etmək və respublikada elektron xidmətlərin göstərilməsi prosesinin sürətləndirilməsi prosesini təmin etməkdir. Ekspertlər ASAN Xidmətin qısa müddətdə özünü doğrultduğu qənaətindədir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ASAN Xidmətin müsbət cəhətləri çoxdur: “Azərbaycanda sənədləşmə məsələsini qaydaya salmaq problem idi. Ancaq bu xidmətin tətbiqindən sonra vətəndaşların işi xeyli yüngülləşib. Məsələnin müsbət tərəfi odur ki, burada vaxt itkisi minimum səviyyədədir”. V.Əhmədovun sözlərinə görə, bu xidmət vətəndaş-məmur təmasını minimuma endirməsi baxımından da ciddi əhəmiyyətə malikdir: “İndiki xidmət neqativ halların, rüşvət və korrupsiyanın qarşısını alır. Ancaq bu xidmətin fəaliyyətini genişləndirmək lazımdır ki, regionlarda da vətəndaşların işi asanlaşsın”. Deputat gələcəkdə vətəndaşlara xidmətin digər növlərinin - məsələn, mənzillərə qeydiyyat vəsiqəsinin verilməsi kimi - bu xidmətə daxil edilməsini təklif edir.

Hazırda paytaxt Bakıda 3 ASAN Xidmət Mərkəzi fəaliyyət göstərir ki, hər mərkəz də 3 rayonun xidmətindədir. İlk ASAN Xidmət Mərkəzi 2013-cü ilin 15 yanvarında Nərimanovda pilot layihə çərçivəsində fəaliyyətə başlayıb və Nərimanov, Nəsimi və Binəqədi sakinlərinə xidmət göstərir. Növbəti mərkəz Sumqayıtda açılıb ki, bura Sumqayıtla yanaşı, ətraf Xızı, Siyəzən, Şabran və Abşeron rayonlarına xidmət göstərir. Üçüncü mərkəz - 2 saylı Xətai ASAN Xidmət Mərkəzi Xətai, Suraxanı və Nizami rayonlarına xidmət göstərir. Yasamalda yaradılan 3 saylı ASAN Xidmətin fəaliyyətindən Yasamal, Səbayel və Qaradağ əhalisi yararlanır. Hər bölmə gün ərzində 1500-2000-ə yaxın vətəndaşı qəbul etmək imkanındadır.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovun sözlərinə görə, ikinci regional mərkəzin Gəncədə açılması nəzərdə tutulur ki, bu mərkəz Gəncə və ətraf bölgələrin əhalisinə xidmət göstərəcək. Ancaq hansı bölgələrdə ki, ASAN-ın mərkəzlərini yaratmaq mümkün olmayıb, prezidentin tapşırığına əsasən səyyar formada əhaliyə xidmət göstərilir. A.Hüseynov deyir ki, ASAN-ın müasir texnoloji avadanlıqlarla, internetlə, faksla təchiz olunan, məlumat bazalarına çıxış əldə edən iki avtobusu var ki, onlar şimal və cənub istiqamətində hərəkət edir. Bu günə kimi 19 məntəqədə 35 rayonun təxminən 50 minə yaxın sakininə səyyar xidmət göstərilib. Xidmət sahələrinin artırılması təklifinə reaksiyası zamanı A.Hüseynov deyir ki, ASAN Xidmət Mərkəzi fəaliyyətə başlayanda 9 dövlət qurumu tərəfindən 23 xidmət həyata keçirilirdi: “Ölkə başçısının 18 mart fərmanına əsasən daha 2 hüquqi xidmət əlavə edildi. Həmçinin 22 funksional yardım - bura tibbi arayışları, tərcümə xidməti, hüquqi məsləhətxana, sığorta, bank xidmətləri - xidməti də ASAN Xidmət mərkəzlərinə verildi”. Vətəndaşlar isə ən çox şəxsiyyət vəsiqəsi, notarial xidmətlər və ümumvətəndaş pasportlarla bağlı müraciət edirlər. Ümumilikdə həm səyyar, həm ASAN Xidmət mərkəzləri çərçivəsində 2013-cü il yanvarın 15-dən 770 mindən çox vətəndaş müraciət edib. “İlk gündən biz belə yanaşmanı formalaşdırmağa çalışmışıq ki, dövlət qulluqçusunun vəzifəsi insan hüququnu təmin etməkdir. İşimizin əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır. İlk gündən araşdırma və sorğularımız belə qənaət yaradıb ki, bu təşəbbüs qısa müddətdə özünü doğruldub. Sosial şəbəkələrdə də ən aktiv dövlət qurumuyuq və vətəndaşlarla ünsiyyətdə olub onların rəylərini almağa çalışırıq ki, gələcəkdə inkişaf edən xidmət mərhələlərimizdə qarşımıza çıxacaq nöqsan və problemləri görək, aradan qaldıraq”-deyə, A.Hüseynov bildirir.

Elşad PAŞASOY

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputat Asim Mollazadə əhaliyə müraciət etdi 4 İyun 2020, 15:31 Şəmkirdə karantin qaydalarını pozan çay evi sahibi cərimə olundu - FOTO 4 İyun 2020, 15:25 Prezident bu şəxsləri MÜKAFATLANDIRDI 4 İyun 2020, 15:22 Bakı Dairəvi-1 avtomobil yolunda DƏYİŞİKLİK 4 İyun 2020, 15:18 İcra başçısı Gəncədə abadlıq işlərinin gedişatı ilə tanış oldu - FOTO 4 İyun 2020, 15:12 İlham Əliyev məktəb tikintisinə 2 milyon ayırdı 4 İyun 2020, 15:06 Azərbaycanlı hakimdən Rusiyanı qəzəbləndirəcək HÖKM... 4 İyun 2020, 15:00 Prezident yol tikintisinə 5 milyon ayırdı 4 İyun 2020, 14:55 Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR 4 İyun 2020, 14:52 “Dərs vaxtı”nın sabaha olan CƏDVƏLİ 4 İyun 2020, 14:50 Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanına qeydiyyat başladı 4 İyun 2020, 14:47 Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ 4 İyun 2020, 14:45 Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU 4 İyun 2020, 14:40 Şənbə-bazar evdən yalnız BU İCAZƏ ilə çıxmaq mümkün olacaq 4 İyun 2020, 14:37 Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maska göndərdi 4 İyun 2020, 14:32 DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR 4 İyun 2020, 14:28 Əli Əsədov karantin rejiminin sərtləşdirilmə səbəbini AÇIQLADI- MÜRACİƏT - VİDEO 4 İyun 2020, 14:24 Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU 4 İyun 2020, 14:20 Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI 4 İyun 2020, 14:17 Yoluxma halları artsa, bölgələrdə də sərt tədbirlər tətbiq olunacaq - Əli Əsədov 4 İyun 2020, 14:13 Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR 4 İyun 2020, 14:11 Azərbaycan bu koronavirus göstəricisinə görə dünyada 16-cıdır 4 İyun 2020, 14:05 Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ 4 İyun 2020, 14:00 Məşhur Məmmədov Masallı sakinlərinə müraciət etdi 4 İyun 2020, 13:54 Lukaşenko yeni Baş Nazir təyin etdi 4 İyun 2020, 13:48 Baş Nazir koronavirusla bağlı əhaliyə müraciət edəcək 4 İyun 2020, 13:42 Bakı-Sumqayıt qatarlarının sayı artırıldı - YENİ QRAFİK 4 İyun 2020, 13:36 Bu il 11-ci sinfi 80646 şagird bitirir 4 İyun 2020, 13:30 Sabah hava necə olacaq? - PROQNOZ 4 İyun 2020, 13:20 Dünyanın bu ərazisi də koronavirusdan QURTULDU 4 İyun 2020, 13:14 Azərbaycanlı eks-deputatın şirkəti Moskvada 21 milyon dollara bina aldı 4 İyun 2020, 13:10 Sərdar Cəlaloğlu Nobel mükafatı almaq istəyir: “Təkcə özümə görə deyil...” - MÜSAHİBƏ 4 İyun 2020, 13:05 Dərmanından zəhərlənən qadın xəstəxanada öldü 4 İyun 2020, 13:00 Deputat seçicilərindən xahiş etdi - həftə sonu evdə qalın 4 İyun 2020, 12:56 DİM qabiliyyət imtahanlarına qeydiyyat elan etdi 4 İyun 2020, 12:50