Modern.az

Mütəllibov Əliyevə pislik etməyib

Mütəllibov Əliyevə pislik etməyib

Aktual

15 Dekabr 2013, 23:41

Mahir Qabiloğluna cavab...


Modern.az saytında Mahir Qabiloğlunun yazısını  oxudum. Yazı Azərbaycanın ilk və legitim prezidenti Ayaz Mütəllibova həsr olunmasaydı, bəlkə də reaksiya verməzdim. Lakin dünəni bilinməyən və gələcəyi görünməyən bir diletantın yersiz düşüncələrinə bir balaca aydınlıq gətirmək istərdim. 

Mahir Qabiloğlu belə məlum oldu ki, şair Qabilin oğludur. Əla! Ay Mahir, tutaq ki, atan şair Qabil sonralar baş verəcək hadisələri bilmədən və görmədən Ayaz Mütəllibova nifrət etmişdi, axı sən sonradan baş verən hadisələrin şahidi olmusan.

Yazırsan ki, Heydər Əliyev hər adama etibar etməzdi və vəzifə verməzdi. Razıyam, mərhum Heydər Əliyev Ayaz Mütəllibovun həm iş qabiliyyətinə, həm də ümumi bacarığına qiymət vermiş və onu vəzifələrə təyin etmişdi. Yadınıza salım ki, o dediyiniz 20 il mühacirət həyatında A.Mütəllibov bir dəfə də olsun H.Əliyevin əleyhinə danışmamışdı və eyni zamanda, H.Əliyev də A.Mütəllibovun adını pisliyə şəkməmişdi.

A.Mütəllibov vaxtilə məhz qaragüruhçu “Xalq Cəbhəsi” adı altında xarici tamahkar dayıların köməyi ilə devrilmiş və mühacir həyatı yaşamağa məcbur olmuşdu (Arif Hacıyevin tribunadan dediyini yadınıza salın: “Biz 8 dövlətin razılığı ilə hakimiyyətə gəlmişik”). 

A.Mütəllibovun şamaxlı olub, lakin yerlibazlıq etmədiyini deyirsən. Bununla da razıyam, A.Mütəllibov bütöv respublikanı təmsil edən ən gözəl kadrları işlə təmin etmişdi. Onları bir yada salın.

Çaykəndin alınmasının üstündən çox səthi keçmisən. Niyə yazmırsan ki, Çaykənd və ətraf 24 kənd məhz Ayaz Mütəllibovun siyasəti nəticəsində erməni quldurlarından təmizləndi və bu gün də orada insanlar dinc və firavan yaşayırlar.

Maştağa yolunun şəkilişinə adı isə sizlərin ağsaqqalları qoymuşdu. İndi həmin Maştağa yolu Avropa standartlarına uyğun çəkilib. Əgər görməmisənsə, gedib baxa bilərsən. Belə ki, bu yol nə o vaxt, nə də indi A.Mütəllibovun göstərişi ilə çəkilmişdi. Bu, respublikada yeni başlayan sosial yönümlü işlərdən biri idi. Bakının ən azı 50% kəndi bu yoldan asılıdır və mən dünən də, bu gün də həmin yolu çəkənləri alqışlayıram.

Mahir bəy mərhum şairlərimizin adını çəkir. İsmayıl Şıxlı, Bayram Bayramov və başqa ziyalıların adını çəkir ki, bəs o vaxt onlar Ayaz Mütəllibova əvvəl dəstək verdilər, sonra isə peşiman oldular. Ay “qardaş”, heç olmasa o rəhmətliklərin ruhunu incitmə, onlar haqqında ağlına gələni danışma, onları da öz səviyyənə endirmə! Onlar həqiqətən bir ziyalı olaraq xalqın qəlbindədirlər.

7 müqəddəs rəqəmdir, sən də Ayaz Mütəllibovla 7 məsəllə tanış olduğunu yazırsan. Qoy mən də sənə 8-cini deyim ki, yadında yaxşı qalsın!

1. Ayaz Mütəllibov barədə söz demək üçün onun səviyyəsinin ən azı bir-iki faizi sizdə olmalıdır. Hansı ki, yoxdur.

2. Sizə belə hədyanları cızma-qara etdirənlərə çatdır ki, Ayaz Mütəllibov çox yüksəkdədir, sizin əliniz çatmaz. O, tarixə düşmüş şəxsiyyətlərdəndir.

3. Özünü və xalq şairlərini biabır etmə! Özünə başqa mövzu tap, onsuz da qonorarını kəsməyəcəklər.

4. Bilin k, Ayaz Mütəllibov yaxşılığın və yamanlığın qarşılığında həmişə yaxşılıq edib və bu gün də o prinsiplə yaşayır.

Sadiq Paşayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü