Modern.az

Kişilər qadınlardan daha çox yalan danışır

Kişilər qadınlardan daha çox yalan danışır

19 May 2010, 09:51

Kişilər qadınlardan daha çox yalan danışmağa meyillidirlər. Modern.az xarici mətbuata  istinadən xəbər  verir ki, bu gözlənilməz fakt Böyük Britaniyada aparılmış rəy sorğusu gedişində məlum olub. 3 min respondent arasında aparılmış sorğunun nəticələrinə əsasən  ingilis tədqiqatçılar müəyyən ediblər ki, kişilər gündə 3 dəfə, ildə 1092 dəfə  yalan danışır. Qadınlar isə gündə 2 dəfə, ildə 728 dəfə yalan danışır. Həm qadınlar, həm kişilər daha çox öz analarını aldadırlar. Rəyi soruşulan kişilərin 41-i qeyd edir ki, ən çox analarını aldadıblar. Qadınlar apasında isə bu rəqəm 20 faiz təşkil edir. Rəyi soruşulanların cəmi 10 faizi öz ər və ya arvadlarına yalan danışdıqlarını deyiblər.    

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir