Modern.az

Pənah Hüseyn müxalifətin perspektivini şərh etdi

Pənah Hüseyn müxalifətin perspektivini şərh etdi

18 Aprel 2014, 14:11

Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn müxalifətin bələdiyyə  2015-ci il parlament seçkilərində iştirakı ilə bağlı perspektivini dəyərləndirib. O, Modern.az saytına açıqlamasında əsas müxalifət partiyaları olan AXCP və Müsavatın gələcəyinə dair proqnoz verib. Onun sözlərinə görə müxalifətin gələcək fəaliyyətində hər hansı böhran izlərini indidən müşahidə etmək olmur. “Mən müxalifətin gələcəyi, parlament seçkilərində onların iştirakı ilə bağlı heç bir böhranın yaranacağını düşünmürəm. Hər halda proseslərin hansı məcrada inkişafı da nəzərə alınmalıdır”,-deyə eks baş nazir bildirib.

 

Qeyd edək ki, 2013-cü il prezident seçkilərindən sonra  aparıcı müxalifət partiya və liderlərinin bir araya gəldiyi Milli Şura sürətlə dağılmağa başladı. Bundan sonra isə müxalifətdə gələcək əməkdaşlıqların qeyri-mümkünlüyü barədə ehtimallar daha da gücləndi.

 

 

Rafiq Qənbərov

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır