Modern.az

Bəstəkar Mikail Tarverdiyevin yoldaşı Qarabağa GƏLİB: “Azərbaycandan inciyəcəyəm”

Bəstəkar Mikail Tarverdiyevin yoldaşı Qarabağa GƏLİB: “Azərbaycandan inciyəcəyəm”

29 Aprel 2014, 14:38

“Mənim adım qara siyahıya düşməsə Azərbaycandan inciyəcəm”. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Qarabağda səfərdə olan erməni mənşəli sovet bəstəkarı Mikayıl Tariverdiyevin dul xanımı Vera Tariverdiyeva jurnalistlərə açıqlamasında deyib. Dağlıq Qarabağda “Tariverdiyev günləri” adlı ilə keçirilən 5 günlük proqram çərçivəsində gələn Vera Tariverdiyeva Azərbaycanın qara siyahısına düşməkdən qorxmadığını bəyan edib. Onun sözlərinə görə, Dağlıq Qarabağa ilk səfəri hələ 2008-ci ildə baş tutub. Vera Tariverdiyeva gələcəkdə də Qarabağ və Ermənistana səfər etmək fikrində olduğunu vurğulayıb. “Mən əməkdaşlığı davam etdirmək istəyirəm. Hələ nəzərə alsaq ki, 2016-cı ildə Mikayıl Tariverdiyevin 85 illik yubileyi olacaq, bunu çox istərdim”-deyə rusiyalı qonaq bildirib. Xatırladaq ki, əslən Qarabalı olan Mikayıl Tariverdiyev (1931-1996) “Baharın On Yeddi Anı”da daxil olmaqla 132 filmə mahnı bəstələyib. Bundan başqa, o, 4 opera və 4 baletin də müəllifidir.

 

Vüqar İsmayılov  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?