Arxiv
8 May 2014, 22:50 | AKTUAL
Böyük Qələbə: faktlar və rəqəmlər


Alman faşizmi üzərində qələbədən 69 il ötür. Modern.az-ın məlumatına görə, Tarixin səhifələrinə bu möhtəşəm qələbə nə qədər böyük hərflərlə yazılıbsa, qələbənin təmin olunmasında da bir o qədər böyük itkilər olub.

Böyük Vətən müharibəsi 1418 gün davam edib.

Müharibə dövründə sovetlər birliyindən 27 milyona yaxın insan həlak olub.

Hərbi əməliyyatlar nəticəsində 15 milyona yaxın hərbçi və dinc əhali yaralanıb.

Böyük Vətən müharibəsi illərində SSRİ-nin 1710 şəhər və qəsəbəsi, 70 min kəndi, 32 minə yaxın fabrik və zavod, 65 min kilometr dəmiruolu xətti        dağıdılıb.

Müharibə zamanı almanlar tərəfindən Ukraynanın 334 yaşayış məntəqəsi sakunləri ilə birlikdə yandırılıb.

Ümumilikdə, Sovet İttifaqına 128 milyard ziyan dəyib və o öz maddi sərvətlərinin üçdə birini itirib.

Böyük Vətən müharibəsinin ən dəhşətli və ağır dövrlərindən 880 günü Leninqradda yaşanıb. Belə ki, Leninqrad 880 gün düşmən mühasirəsində qalıb. Bu ərəfədə 800 mindən artıq insan aclıqdan və soyuqdan həlak olub.

Müharibə illərində kütləvi informasiya vasitələrinin nümayəndələri cəbhələrdə böyük fəallıq göstərərək peşə borclarını ləyaqətlə yerinə yetiriblər. Müharibə zamanı 1500 nəfər müxbir döyüş bölgələrində həlak olub.

Müharibədə göstərdikləri şücaət və qəhrəmanlıqlara görə 7 milyon nəfər müxtəlif orden və medallara layiq görülüb. Onlardan 11633 nəfər Sovet İttifaqı Qəhrəmanı fəxri adı ilə təltif olunub.

Böyük Vətən müharibəsində 800 mindən artıq qadın iştirak edib. Bu qadınlardan 84 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Müharibə illərində SSRİ-də 120 min təyyarə, 90 min tank, 360 min top, 300 min minamyot istehsal olunub.

1945-ci ildə Berlində keçirilən hərbi əməliyyat öz miqyasının böyüklüyünə görə Ginnesin rekordlar kitabına düşüb. Həmin əməliyyatda hər iki tərəfdən 3.5 milyon adam, 52 min hərbi sursat, 7750 tank və 11 min təyyarə iştirak edib.

SSRİ-də 17 il Qələbə bayramı qeyd olunmayıb. 1948-ci ildən 1965-ci ilə qədər 9 may adi iş günü sayılıb və bayram təntənələri keçirilməyib. 1965-ci ildə qələbənin 20 illik yubileyindən sonra 9 may rəsmi bayram kimi qeyd olunmağa başlanıb və iş günü sayılmayıb.

İlk qələbə paradı Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1945-ci ilin iyunun 24-də Moskvada Qızıl meydanda keçirilib. Stalinin əmri ilə paradı Sovet İttifaqı Marşalı Georgi Jukov qəbul edib.

Alman faşizmi üzərində qələbənin təmin olunmasında azərbaycanlıların da rolu az olmayıb. 1941-1945-ci illər ərzində 600 mindən artıq azərbaycanlı ən qızğın döyüş bölgələrində düşmənə qarşı mübarizə aparıblar. Göstərdikləri şücaətlərə görə həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər.

Qələbənin təmin olunmasında Bakı nefti ən əsas amillərdən biri olub. 1941-ci ildə neftin istehsalı 23 milyon tona çatıb. Bu isə SSRİ-də istehsal olunan ümumi neftin təxminən 75 faizi demək idi. Bir faktı xatırlatmaq kifayətdir ki, Böyük Vətən müharibəsi illərində hər beş hərbi texnikanın dördü Bakı neftinin hesabına işləyib. Ümumilikdə müharibə ərəfəsində neftçilərimizin gərgin əməyi sayəsində Azərbaycan müharibə üçün 80 milyon tona yaxın neft, 23 milyon ton benzin və digər yanacaq məhsulları verib.

İlham Cəmiloğlu

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Deputatın maaşından tutublar 4 Avqust 2020, 15:27 İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi büdcəni müzakirə edir 4 Avqust 2020, 15:22 DSMF-nin gəlir və xərclərinin azalma səbəbi komitə iclasında açıqlandı 4 Avqust 2020, 15:17 2 polisin qatili 25 il sonra Azərbaycanda YAXALANDI 4 Avqust 2020, 15:08 Hamımızın ağsaqqalı FƏTTAH HEYDƏROV 4 Avqust 2020, 15:06 Naftalanda karantin qaydalarına nəzarət işləri davam etdirilir 4 Avqust 2020, 14:44 DİM-dən qəbul imtahanlarının 2-ci mərhələsinin vaxtı ilə bağlı AÇIQLAMA 4 Avqust 2020, 14:33 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində kadr təyinatları olub 4 Avqust 2020, 14:09 Lukaşenko: “Rusiyanın Belarusdan başqa yaxın müttəfiqi qalmayıb” 4 Avqust 2020, 14:06 Prezident və birinci xanım Bakıda salınan meşə tipli yeni parka baxdılar - FOTOLAR 4 Avqust 2020, 13:57 Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin HƏCMİ 4 Avqust 2020, 13:55 Ermənilər bir faktı etiraf edə bilmirlər ki, Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır” - Arye Qut 4 Avqust 2020, 13:48 Birinci vitse-prezidentin köməkçisi: “Emənistan bir daha səbrimizi sınağa çəkməsin!” 4 Avqust 2020, 13:42 Sabaha gözlənilən HAVA PROQNOZU 4 Avqust 2020, 13:36 Agentlik ictimai iaşə müəssisələrinə müraciət etdi 4 Avqust 2020, 13:22 Azərbaycanlı şagird Rusiyadakı “Kurchatov” olimpiadasında 3-cü yerə çıxıb 4 Avqust 2020, 13:14 3,3 min kassa çeki üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilib 4 Avqust 2020, 13:04 İki bələdiyyə sədrinə cərimə kəsildi 4 Avqust 2020, 12:57 Azyaşlı azərbaycanlı blogerdən Ermənistanın faşist siyasətinə etiraz - VİDEO 4 Avqust 2020, 12:51 Memar Şahdağlinskinin etirafları və poetik müraciəti 4 Avqust 2020, 12:47 Fəttah Heydərov I Fəxri xiyabanda dəfn olundu - YENİLƏNİB 4 Avqust 2020, 12:46 Neft Fondu iyulda banklara nə qədər dollar satıb? – MƏBLƏĞ 4 Avqust 2020, 12:44 Sərxoşluq edən 583 nəfər müalicəyə cəlb edilib 4 Avqust 2020, 12:42 İşğal altındakı torpaqlarda virusa yoluxanların sayı 247-yə ÇATDI 4 Avqust 2020, 12:41 Azərbaycanda narkotiklərə görə tutulanların yaş və cins GÖSTƏRİCİLƏRİ 4 Avqust 2020, 12:34 Narkomaniyadan əziyyət çəkən 1228 nəfər məcburi müalicəyə göndərilib 4 Avqust 2020, 12:30 O, “yuxarıdan” göndərilib, “lap yuxarıdan!..” 4 Avqust 2020, 12:24 Pliski - Qədim türklərin yaratdığı meqapolis – FOTOLAR 4 Avqust 2020, 12:21 Azərbaycandakı QİÇS-li xəstələrin sayı açıqlanıb 4 Avqust 2020, 12:21 Sabah 1525 namizəd rezidenturaya qəbul imtahanı verəcək 4 Avqust 2020, 12:17 Ziyarətgaha gedən 19 nəfər cərimələndi 4 Avqust 2020, 12:01 Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO 4 Avqust 2020, 11:45 Rayonlara gediş-gəliş xidməti vəsiqə ilə mümkün olmayacaq - XƏBƏRDARLIQ 4 Avqust 2020, 11:44 Jurnalistlər icra başçılarından çox maaş alırdılar, indi bu peşəni gözətçiyə dəyişirlər 4 Avqust 2020, 11:39 Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatıb 4 Avqust 2020, 11:34