Modern.az

İran sui-qəsd xəbərini təkzib edir

İran sui-qəsd xəbərini təkzib edir

Dünya

4 Avqust 2010, 16:30

İran tərəfi prezident Mahmud Əhmədinejatın həyatına sui-qəsdlə bağlı yayılan məlumatları təkzib edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasındakı məlumatlı mənbə açıqlama verib. İranın “Press TV” telekanalı xəbər verir ki, bir sıra xarici KİV Əhmədinejatın Həmadan şəhərinə səfəri zamanı onun korteji qarşısına qubmara atılması barədə məlumat yayıb. Mənbə bildirir ki, prezidentin korteji hücuma məruz qalmayıb.

Mənbə onu da bildirib ki, qumbara hücumuna məruz qalmış digər bir avtomobil Əhmədinejatın avtomobil kortejinə daxil olmayıb. Mənbə əlavə edib ki, prezident hadisə vaxtı başqa şəhərdə olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür