Modern.az

Rusiya prezidenti separatçı bölgəyə səfər edib

Rusiya prezidenti separatçı bölgəyə səfər edib

8 Avqust 2010, 17:51

Rusiya prezidenti Dmitri Medvedev gözlənilmədən Gürcüstanın separatçı əyaləti olan Abxaziyaya gəlib. Maraqlıdır ki, onun səfəri Gürcüstanla Rusiya arasında 2008-ci ilin avqustunda baş vermiş qısa müharibənin ikinci ildönümünə təsadüf edir. BBC-nin məlumatına görə, elə onun özü də bunu etiraf edərək səfərini “simvolik” adlandırıb. O deyib ki, indi Abxaziya və Cənubi Osetiya beynəlxalq yurisdiksiyanın müstəqil subyektləridir. Dmitri Medvedev Abxaziya lideri Sergey Baqapşla görüşündə deyib ki, Moskva Abxaziya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri genişləndirəcək. Bu, Abxaziya müstəqilliyini elan edəndən və Rusiya bu müstəqilliyi tanıyandan bəri Rusiya prezidentinin bölgəyə ilk səfəridir. Medvedev deyib ki, Cənubi Osetiya və Abxaziyanın tanınması Moskva üçün “ağrılı, lakin düzgün qərar olub”. “Əslində, Cənubi Osetiya və Abxaziya xalqlarının mövcudiyyəti təhlükə altında idi, - deyib Dmitri Medvedev. O, Abxaziyanın gözəl iqlimindən danışarkən deyib ki, bölgədə turizm inkişaf etdirilməlidir və indinin özündə çox sayda rus istirahət üçün Abxaziyanın Qara Dəniz sahillərinə gəlir. Sergey Baqapş Rusiya prezidentinə bu səfər üçün təşəkkürünü bildirib.
  
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir