Modern.az

Erməni deputat qadın həmkarına söz atdı

Erməni deputat qadın həmkarına söz atdı

28 Noyabr 2014, 14:34



Ermənistan parlamentinin Hüquq məslələri üzrə komitəsinin iclasında iqtidardakı Respublika Partiyası ilə “Çiçəklənən Ermənistan” Partiyasının üzvləri qanun layihələrini müzakirə etmək əvəzinə bir-birilə zarafat ediblər. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Məhkəmə qərarlarının icbari qaydada icra olunması barədə” qanun layihəsinin müzakirəsi zamanı “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Tiqran Urixanyan Respublika Partiyasından olan həmkarı Arpine Ovanistana müraciət edərək: “Siz niyə mənə belə diqqətlə baxırsınız?”-deyə soruşub.

“Mənim baxışlarım sizə zillənməyib, cənab Urixanyan. Rahatlaşın”, – deyə xanım deputat həmkarının sualını cavabsız qoymayıb.

Bundan sonra Tiqran Urixanyan “mən onsuz da rahatam. Sizin baxışlarınız məni buxovlamır, əvəzində tamamilə əks hisslər aşılayır”,  – deyə ona cavab verib.

“Lap yaxşı. Deməli, siz adekvat insansınız”, - deyə Arpine Ovanisyan Tioqran Urixanyanı sakitləşdirib və dialoqa son qoyub.

Ermənistan mətbuatı kinayə ilə qeyd edir ki, deputatlar müzakirə olunan qanunla bağlı fikir mübadiləsi aparmaq üçün səbəb tapmayıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır