Modern.az

Ukraynanın yeni parlamentinin xanım deputatları – siyasətçilər, müğənnilər, işsizlər - FOTOLAR

Ukraynanın yeni parlamentinin xanım deputatları – siyasətçilər, müğənnilər, işsizlər - FOTOLAR

Dünya

28 Noyabr 2014, 16:55

Bu ilin oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə ölkənin siyasi elitasına yeni simaların gələcəyi öncədən proqnozlaşdırılırdı. Doğurdan da seçkilərin nəticəsi qanunverici orqana Şərqi Ukraynada separatçılara qarşı vuruşan çoxsaylı hərbçilərin və veteranların daxil olduğunu müəyyən etdi. Paralel olaraq yeni çağırış Ukrayna Ali Radasında qadın deputatların sayı da xeyli artdı və 47 nəfər çatdı. Bu vaxta qədər Ali Radada heç zaman bu qədər qadın deputat olmamışdı. Lakin bəzi xanım deputatların partiyaların seçki siyahısında olması və deputat seçilmələri xeyli müəmma ilə qarşılandı.

Modern.az yeni çağırış Ukrayna parlamentinin xanım deputatların ən diqqətçəkənləri ilə bağlı yazını təqdim edir.  

Ukrayna mətbuatının yekdil fikrinə görə, Ali Radanın yeni qadın deputatları arasında ən sirlisi Alyona Koşelevadır. Çünki Oleq Lyaşkonun başçılıq etdiyi “Radikal” Partiyanın seçki siyahısından  parlamentə üzv olan Koşeleva cəmi 3 ay əvvəl kafe və restoranlarda inzibatçı vəzifəsində çalışmaq üçün iş axtarırdı.

Ötən gün isə 24 yaşlı Xarkov sakini olan xanım milllət vəkili kimi təntənəli and içib. Maraqlıdır ki, Radanın ilk iclasına əlində qızılı iPhone, əynində uzun kürk daxil olan Koşelevanı iki mühafizəçi müşaiyət edib. Ümumiyyətlə, 24 yaşlı xanımın adının “Radikal” Partiyasının seçki siyahısında necə peyda olması hələ də qeyri-müəyyənliyini qoruyub saxlayır. Digər tərəfdən, Alyona Koşelevanın özü də Oleq Lyaşko ilə necə tanış olması və siyasi karyerasını nə vaxt başlaması ilə bağlı yerli jurnalistlərin suallarını cavablandırmaqda çətinlik çəkir.  

26 oktyabr seçkiləri öncəsi deputat xamının internetdə açıq-saçıq şəkilləri də yayılıb. Bu hadisəyə işarə edən ukraynalı internet istifadəçiləri “Oleq Lyaşkonun seçki siyahısı” yerinə “Oleq Lyaşkonun seksual siyahısı” ifadəsindən istifadə etməyə başladılar.  

Lyaşkonun öz partiyasının seçki siyahısına daxil etdiyi bir başqa xanım isə 2013-cü il “Eurovizia” mahnı müsabiqəsinin iştirakçısı 28 yaşlı Zlata Oqneviçdir.

Deputat seçilən Oqneviç parlamentin ilk plenar iclasına kürkdə və briliyant daş-qaşda təşrif buyurub.   Şou-biznes nümayəndəsinin qısa müddətdə siyasətçiyə çevrilməsi mətbuatda xeyli sual doğurub. Ukraynalı jurnalistlərin fikrincə, Zlata Oqneviç İsveçdə keçirilən “Eurovizia-2014” müsabiqəsi zamanı ölkəsinin nümayəndə heyətinin tərkibində göstərdiyi fəaliyyətə görə Lyaşkonun simpatiyasını qazanıb. Həmin günlərdə xarici jurnalistlərə və yerli televiziyalara açıqlamasında Oqneviç hər dəfə Şərqi Ukraynada döyüşən hərbçilərə xitabən “Qəhrəmanlara eşq olsun” ifadəsini tez-tez təkrarlayırdı.  

Seçkilərdə ən çox mandat qazanan 3-cü partiya olan “Samopomoş”unn seçki siyahısında da qadın deputatlar az deyil.

Partiyanın seçki siyahısına Lvov vilayətindən olan 32 yaşlı Anna Qalko başçılıq edib. Yuxarıdakı qadın həmkarlarından fərqli olaraq Qalko gənc yaşlarından aktiv siyasi və ictimai fəaliyyətlə məşğul olub. Siqaret əleyhinə kampaniyası ilə Ukrayna sərhədlərindən kənarda da populyarlıq qazanan xanım siyasətçi 5 il ərzində Lvovdakı bölgə müxbirindən federal telekanllardan birində müəllif verilişlərinin aparıcısına qədər uzanan jurnalist yolu keçib.

“Avromeydan” hadisələri zamanı müğənni Ruslana ilə birlikdə etirazçıları ruhlandıran Qalko hətta “Avromeydan”ın İctimai Sektorunun Koordinasioya Şurasına üzv də seçilib. Hazırda “Toyota-Avalon” sinfinə malik xarici maşını, Kiyevin elit rayonlarından birində şəxsi mənzili və sürücüsü olan Anna Qalko Ali Radanın ilk iclasına sadə geyimdə gəlib. Ukrayna KİV-lərinin məlumatına görə, xalq arasında “vətənpərvər qadın” kimi tanınan Qalko bu imicinə xələl gətirməmək üçün maşınını Radanın binasından xeyli aralıda saxlayıb və parlamentə gələrkən bahalı zinət əşyalarından və geyimlərdən imtina edib.  

İlk dəfə deputat seçilən həmkarlarından fərqli olaraq Radada uzun müddət çalışan xanım deputatlarr açılış iclasında çox sadə geyimləri ilə diqqət çəkiblər.

Məsələn, “Xalq Cəbhəsi” Partiyasının seçki siyahısından deputat seçilən Viktoriya Syumar kimi. 2005-ci ildə o zamankı prezident Viktor Yuşşenkonun fərmanı ilə Ukrayna Ali Radasının Söz Azadlığı Komitəsi yanında İctimai Şuranın üzvü təyin edilən xanım siyasətçi “Avromeydan” hadisələri başlayan zaman etirazçılara öz dəstəyini ifadə edib. Rusiyanın Krımı ilhaq etməsinə sərt reaksiya verən Viktoriya Syumar 2014-cü ilin yayında Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibinin müavini təyin olunub.

O bir neçə il əvvələ qədər brend geyimlərə üstünlük verməsinə baxmayaraq, deputat seçildikdən sonra parlamentin ilk iclasına sadə geyimdə gəlib.

“Batkivşina” Partiyasının lideri, sabiq baş nazir Yuliya Timoşenko da ilk iclasda sadə görünüşü ilə diqqəti cəlb edib. 54 yaşlı təcrübəli xanım siyasətçi ağ kostyumda, gümüşü sırğalarda və ənənəvi hörükdə Ali Radanın iclas zalına daxil olub.

      

Vüqar İsmayılov            


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!