Modern.az

Donetskdə separatçıların DƏHŞƏTLƏRİ: Qadınları avtomat lüləsi ilə zorlayırlar

Donetskdə separatçıların DƏHŞƏTLƏRİ: Qadınları avtomat lüləsi ilə zorlayırlar

3 Dekabr 2014, 12:55


Keçmiş məhkum Donetsk separatçılarının arasında keçirdiyi 6 dəhşətli gün barədə öz xatirələrini danışıb.

Modern.az xəbər verir ki, rusiyalı jurnalist Donetskdəki keçmiş Milli Təhlükəsizlik İdarəsində yaradılan hərbi həbsxanda gördüyü dəhşətləri həmkarlarına belə nəql edib:

““Donetsk Xalq Respublikası”nın sıralarında vuruşmaq üçün avqsutun əvvəllərində Ukraynaya gələn moskvalı Vladimir Maksakov könüllü olaraq separatçılara qoşulur. O, bundan bir gün sonra separatçıların əlində saxladığı Donetsk şəhərində yerləşən həbsxanaya gətirilir. O, şəhərdə 3 həftə qalır”.

Maksakovun sözlərinə görə, separatçılar həbsxananı öz aralarında “çuxur” adlandırırdılar. O, yerləşdirildiyi kamerada daha 10 nəfərin olduğunu deyib: “Məni gətirdikləri kamera pəncərələri olmayan, uzunluğu 3, eni 1,5 metr düzbucaqlı formasında idi. Burada nə tam ayaq üstə dayanmaq, nə də döşəmədə uzanmaq mümkün idi. Yalnız oturmaq olardı”.

Başına gələnləri danışan Maksakov kamera yoldaşlarının müxtəlif cinayətlərə görə məhkum olunduqlarını danışır – qaravul xidməti zamanı öz həmkarını öldürən mədən işçisi, evdə həyat yoldaşına bərkdən qışqırdığı üçün qonşuların diqqətini cəlb edən ər, yaxud sosial şəbəkələrdən birində rəsmi Kiyevi dəstəkləyən qruplardan birinin üzvü olduğu üçün həbs olunan cavan oğlan.

Vladimir Maksakovun sözlərinə görə, həbsxana nəzarətçiləri insanlardan ifadə almaq üçün deyil, həzz almaq üçün onlara işgəncələr verirdilər: “Burada qanunlar çox sərt, onları pozmaq isə çox asan idi. Lazımi ifadələri almaq, yaxud səmimi etiraf üçün yox, sadəcə həzz almaq üçün bizi döyürdülər. Həbsxana dəhlizi bütöv qan idi”.

Jurnalist xatırlayır ki, hər gün dəhlizdən əlində avtomatı olan mühafizəçinin müşaiyəti ilə tibb bacısı və pravolslav keşiş keçirdi: “Qapıların ağzında dayanır və laqeyd səslə şikayətimiz olub-olmadığını soruşurdular. Sonra “bütün dərdlərin dərmanı olan sitramon verirdilər. Tualetdən qayıdan zaman üzləşdiyimiz pravoslav keşiş isə kameramıza baş çəkməkdən yayındı. Bizə ondan bu xahişi edəndə, o, laqeydcəsinə “baxarıq” deməklə kifayətləndi. Bazar günü isə Donetskdə ən böyük bayramlardan biri – “şaxtyor günü” qeyd olunurdu. Axşam çağı həbsxana liftinin qarşısında 2 kişini görürük – biri möhkəm döyülüb, digəri isə hər iki ayağından güllə yarası aldığı üçün xərəkdə uzanıb. Düşünürəm ki, onlar ukraynalı girov hərbçilər idi”.

Vladimir Maksakov həbsxanada şahid olduğu daha bir dəhşətli hadisəni belə xatırlayır: “Bizi məcbur etdilər ki, həbsxana mərtəbəsini təmizləyək. Kameraya qayıdan zaman dəhşətli mənzərə ilə üzləşdim. Qonşu kamerada qalan kişi aclıq elan etmişdi, onu döyürdülər. Amansızcasına döyürdülər. O isə qışqırırdı. Mən dua edirdim. Növbəti günün axşamı onu xəstəxandan “çuxur”a qaytaracaqdılar. Çoxsaylı sınıqları olduğu üçün xərəkdə gətirəcəkdilər. Mən insanları peşəkarcasına döyməyi bacaran insanla üzləşəcəkdim. O, hündür, dolu bədənli birisi idi və qulağında qulaqcıq, gözlərində eynək gəhlizdə gəzirdi”.

6 gün “çuxur”da qalan Maksakov xatirələrinin ən dəhşətli yerinə toxunur - əlində Donetsk şəhərinin işarələnən xəritəsi ilə guya ukraynalı hərbçilərin postuna yaxınlaşan və onlara öz nömrəsini verən Anna adlı qızın acı taleyinə. Maksakovun sözlərinə görə, qondarma ittihamlarla həbs olunan Anna “çuxur”da həbsxana nəzarətçiləri tərəfindən dəfələrlə zorlanıb. Hətta bir dəfə azğınlaşan separatçılar bunu avtomat lüləsi ilə həyata keçirmişdilər: “Kamerada Anna dəhlizdə eşitdiyi hər addımdan səksəkəyə düşürdü. Növbəti dəfə Annanı bir, ya iki gündən sonra yenidən kameraya gətirirlər. Mən onun hansı vəziyyətdə olduğunu görürəm. Əynindəki şalvar qan içində idi. Digər qadın girovların da dırnaqlarını qopardır, güləlləməklə hədələyir və Anna kimi zorlayırdılar”.

Sonda rusiyalı jurnalist həbs günlərini həyatındakı ən ağır günlər adlandırır: “Həbsxana “çuxur”la müqayisədə istirahət guşəsidir. Mən “çuxur”da 6 gün keçirdim. Bu mənim həyatımın ən dəhşətli anları idi”. 

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır