Modern.az

Fəzail Ağamalı namizədliyini yenə Salyandan verəcək

Fəzail Ağamalı namizədliyini yenə Salyandan verəcək

30 Avqust 2010, 18:18

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı parlament seçkilərində namizədliyini yenidən 60 saylı Salyan –Neftçala seçki daiərsindən irəli sürəcək. Bu barədə Modern.az-a məlumat verən millət vəkili bildirib ki, ötən seşkilərdən bu yana Salyan dairəsində seçicilərlə ünsiyyət qura və işləyə bilib. “60 saylı Salyan dairəsində beş il seçicilərlə şləmişəm. Bir-birimizin etimadını qazanmışıq”-deyə F. Ağamalı bildirib.

Partiyanın seçkilərdə iştirakı ilə bağlı məsələni şərh edən F. Ağamalı qeyd edib ki, həftəsonu AVP qərarını açıqlayacaq. “Həftə sonu AVP seçkidə iştirakla bağlı partiya qərar verəcək. Partiyanın namizədlər siyahısı da həmin gün elan ediləcək”-deyə F. Ağamalı vurğulayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı