Arxiv
31 Avqust 2010, 15:00 | MEDİA
Qubadlılı jurnalistlərin Qubadlı haqda düşüncələri...


Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 17 il keçir. Qubadlı 1993-cü il avqustun 31-də işğal edilib. Bu gün müxtəlif mətbuat oqranlarında Qubadlıdan olan xeyli jurnalist çalışır. Onlardan bir neçəsi Qubadlı ilə bağlı hiss və düşüncələrini  Modern.az-la bölüşüblər.

“TV plus” jurnalının əməkdaşı Rasim Mədəd:
“Qubadlı mənim üçün əvəzolunmaz bir yerdir. Azərbaycanın çox yerində olmuşam, amma Qubadlı kimi yer görməmişəm, nə Qubadlının suyu kimi su içmişəm, nə Qubadlının havası kimi hava udmuşam, nə də Qubadlının mer-meyvəsin başqa rayonlarda görə bilmişəm. Qubadlı torpağı o qədər zəngin bir rayon idi ki, bu sözlə ifadə olunası deyil. Təbiət Qubadlıya elə bir gözəllik bəxş etmişdi ki... Dağlar arasında, iki böyük çayla paralel, barlı-bərəkətli... Allah llah hər şeyi vermişdi. Ancaq torpağımızı qoruyub  saxlaya bilmədik.
Bir dəfə yeniyetmə vaxtlarımızda dostlarla səfalı bir yerdə oturub çörək yeyirdik, yaxınlığımızdan keçən bir ağsaqqal kişi bizə yanaçıb dedi ki, “bu yerlərin qədrini bilin bala, belə gözəlliyi Allah hər yerə qismət eləmir. O kişidə uzaqgörənlik varmış. Onda biz onu dərk etməzdik, müharibədən səs-soraq yox idi, on beş-on altı yaşlı yeniyetmələr idik, dərdsiz-qayğısız yaşayırdıq. Onda biz dərk etmədik ki, bu ağsaqqal nə demək istəyir. Vaxt ötdü, zaman dəyişdi, doğma yurdun başını qara buludlar alanda anladıq ki, o kişi nə demək istəyirmiş.
Təəsüf ki, Qubadlını itirdik. Bu günə qədər hər il avqustun 31-ni mən öz aləmimdə matəm elan edirəm. Həmin gün işə də getmirəm. Bax bu gün də evdəyəm. 31 avqustda mənim üçün hər şey qapalı olur. Evdən eşiyə çıxmıram. 17 ildir mən Qubadlının matəmini belə qarşılayıram. Amma ona da inanıram ki, torpaqlarımızı geri alacağıq”.

“Ekspress” qəzetinin əməkdaşı İntiqam Məmmədli:
“Qubadlının, Laçının, Kəlbəcərin, Şuşanın, o biri rayonların işğal günlərində kiminsə mətbuatda pafosla danışması məni yandırıb-yaxır, bundan həqiqətən xoşum gəlmir. Mən də Qubadlıda gedən müharibənin iştirakçısı olmuşam, amma mənim indi nəsə danışmaqdan xoşum gəlmir. Azərbaycan bizim vətənimizdi, Qubadlı onun bir parçasıdı. Təbii ki, heç kim istəməz ki, onun doğulduğu yer işğalda qalsın. Hər bir insana uşaqlığını keçirdiyi yerlər doğmadır, o yerlər üçün adamın burnunun ucu göynəyir. İstəyirəm ki, üzərinə çıxdığım daşları, qayaları bir daha görüm, o yerləri bir daha gəzim, dolanım. Allah bu işləri törədənlərin evini yıxsın. Biz əzizlərimizin qəbirlərinə getməkdən də məhrum olmuşuq. Adama çox pis təsir edir”.

Müstəqil jurnalist Rəsul Mirhəşimli:
“31 avqust – Qubadlının işğalı gününü bir millətin aciz qalıdığı tarix kimi xatırlayıram.  Bu düşüncə ərazisi işğal olunmuş bütün rayonlarımız üçün keçərlidir. Lakin hadisənin müşahidə edənlərlə onu yaşayanlar arasında təbii ki, fərq var.
Bir elin sərgərdan qalıb, hər kəsdən ümidinin kəsildiyi gün onun yaddaşında ən faciəli notların yazıldığı məqamdır. 1993-cü ildə bir-birinin ardınca rayonlarımız işğal olunduqca, artıq bu “növbənin” Qubadlıya da bir gün çatacağını hər kəs gözləyirdi. Qəribəsi də bu idi ki, heç kəs də rayonun başına belə bri müsibətin gələcəyinə inanmırdı, ya da özünü inandırmaq istəmirdi.

Mən Qubadlıda təşkil olunan Milli Ordu hissələrində könüllü olaraq xidmət etmişdim. Bilirdim ki, üçtrəfəli mühasirə şəraitində Qubadlıda olan hərbi texnika rayonu müdafiə edib, işğal faktorunun qarşısını almaq gücündə deyil. Bir tərəfdən də o dövrdə ölkədə baş verən siyasi hadisələr burulğanında faktiki hakimiyyətin sərhədlərimizi qorumaq fikri yox idi. İş qalırdı həmin rayonlarda olan zəif hərbi texnika ilə silahlanmış pərakəndə hərbi qüvvələrin öhdəsində. Bu səviyyədə müdafiə olunmaq isə reallıqdan uzaq idi.
Qubadlı Qarabağdakı rayonlar arasında o yerlərdən idi ki, 1993-cü ilin 31 avqustuna qədər bir qarış torpağına da düşməni yaxın buraxmamışdı. Avqustun 31-də isə bütöv bir elin qismətinə köçkünlük yazıldı.

Rayon işğal olunanda mənim 24 yaşım var idi. İşğaldan sonrakı ilk illərdə yaşlı adamlar israrla tezliklə rayona qayıdacağıq deyəndə, mənə çox qəribə gəlirdi. Çünki rayonların işğaldan azad olunması ilə bağlı heç bir real addımların olmadığını görəndə mənə bu təsəlli də ağlasığmaz gəlirdi. Ancaq yaşa dolduqca bir hikmətə əmin oldum, o adamlar Allahdan yeganə ümidlərini – rayona qayıtmaq, doğma yerlərdə dünyasını dəyişmək, ata-babalarının məzarı yanıda dəfn olunmaq hisslərini də itirmək istəmirdilər. Elə bu ümidlə də o adamların çoxu Bakıda, Sumqayıtda və başqa Qubadlıdan çox uzaq yerlərdə ömürlərini başa vurdular.
Təsəvvür edin ki, mən yuxularımı ancaq Qubadlıdan görürəm indi... İndi mənim də o yuxulardan başqa bir təsəllim yoxdu.
Bir ata üçün də ən aciz durumu övladı qarşısında acız duruma düşməsidi. Bizim övladlarımız qarşısında bu acizliyimiz torpaqlarımızı qoruya bilmədiyimiz və onu geri ala bilmədiyimzidədir.
Allah-Təala bizi bizi bu acizlikdən quratrsın!”.

Vüqar Ağamalıoğlu   

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05 Polis 50 şübhəlini saxladı 25 Fevral 2020, 09:54 Cəbhədə gərgin gecə - düşmən snayperləri mövqelərimizi nişan aldı 25 Fevral 2020, 09:52 Xırdalanda işıq olmayacaq 25 Fevral 2020, 09:48 Beynəlxalq Jurnalist Təşkilatından Xocalı soyqırımı ilə bağlı BƏYANAT   25 Fevral 2020, 09:33 Bakıda polisi qardaşı ÖLDÜRDÜ 25 Fevral 2020, 09:26 Azərbaycanlı xanımların əcnəbi ər seçimi: Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan... 25 Fevral 2020, 09:20 Orta məktəblərdə koronavirusla bağlı kütləvi tədbirlər MƏHDUDLAŞDIRILDI 25 Fevral 2020, 09:10 Çində koronavirusdan bir gündə 71 nəfər öldü 25 Fevral 2020, 09:04 Bu gün su çərşənbəsidir 25 Fevral 2020, 08:38 Avropa İttifaqı koronavirusla mübarizəyə 230 milyon avro ayırır 25 Fevral 2020, 00:52 Bakıxanovda piyadanı vuran sürücü qaçdı 25 Fevral 2020, 00:36 "Rövşənin öldürdüyü" deyilən qətllərin arxasından bu ad çıxdı 25 Fevral 2020, 00:21 Bu gün Novruzun ilk çərşənbəsi qeyd olunur 25 Fevral 2020, 00:03