Modern.az

İŞİD-ə ən çox bu ölkələrdən döyüşçü qoşulub - SİYAHI

İŞİD-ə ən çox bu ölkələrdən döyüşçü qoşulub - SİYAHI

4 Mart 2015, 18:15

Qərargahı Parisdə yerləşən “Maliyyə Cinayətlərinə qarşı Beynəlxalq Qrup” təşkilatı vətəndaşları “İraq-Şam İslam Dövləti” (İŞİD) sıralarında döyüşən ölkələrin ilk onluğunu müəyyən edib.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, təşkilat ““İslam Dövləti” terror təşkilatının maliyyələşməsi” adlı hesabatında bu məlumatları yerləşdirib. Məlumata əsasən, terrorçu təşkilatın gəliri ildə 1 milyard dollara çatır. 

İŞİD sıralarında 30 min nəfərinin döyüşdüyü, onlardan 19 minin 90 fərqli ölkədən gəlmiş əcnəbi olduğu bildirilir.

İŞİD sıralarında döyüşən əcnəbilərin 3 mini Tunis vətəndaşıdır. 2-ci yerdə gələn Səudiyyə Ərəbistanının 2,5 min vətəndaşı bu terrorçu qrupa qoşulub.
İordaniya (2,1 min vətəndaş) 3-cü, Mərakeş (1,5 min nəfər) 4-cü, Livan isə (890) 5-cidir.

Şimal qonşumuz Rusiya isə vətəndaşları İŞİD sıralarında çox sayda vuruşan 6-ci ölkədir. Rusiyanın 800 vətəndaşı hazırda İŞİD sıralarında qulluq edir.

Siyahıda Liviya (550), Böyük Britaniya (490), Fransa (410) müvafiq olaraq 7-ci, 8-ci və 9-cu pillələrdə qərar tutub. İlk onluğu Türkiyə (400) qapayır.      

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir