Arxiv
29 mart 2015, 12:53 | AKTUAL
“İstiqlalçı deputatlar” Bakı-2015 - I Avropa Oyunlarından DANIŞDILAR: “Qısqanmaq lazım deyil”

Azərbaycan bu ilin iyununda Bakıda keçiriləcək I Avropa Oyunları tədbirinə ev sahibliyi edəcək. Bu idman hadisəsini yüksək qiymətləndirməyən narazı kəsimlər də mövcuddur. Modern.az saytı “istiqlalçı deputatlar”dan I Avropa Oyunları əleyhinə söylənilən fikirlərə münasibət öyərnib.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov söylənilən əks fikirləri qarayaxmalar saydığını və onları qəbul etmədiyini bildirib: “I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi müsbət haldır. Azərbaycanın Qarabağ kimi həll olunmayan böyük bir problemi var. Azərbaycanın dünya sistemində öz yerini tutması, daha çox tanınması, dünyanın diqqətini Azərbaycanda gedən proseslərə yönəltmək üçün belə bir tədbirin keçirilməsi çox vacibdir. Doğrudur, iqtisadi cəhətdən müəyyən xərclər, problemlər var və bu qaçılmazdır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin çox böyük siyasi əhəmiyyəti var. Bu, gələcəkdə Qarabağ məsələsinin həllində Azərbaycana öz töhfəsini verə bilər. Azərbaycanın stabil ölkə olduğunu xarici dövlətlər də görəcək. Baxmayaraq ki, dünyada bir qlobal maliyyə problemi yaşanır, amma Azərbyacan belə bir yarışa liderlik edir. Qarayaxmalar, ikili standartlar həmişə olub. Bu, Azərbaycanı istəməyən dövlətlərdir ki, belə təxribatlara əl atırlar”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirib ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi uğurlu bir hadisədir: “Azərbaycan idmandan başlamış siyasətə qədər ildən-ilə özünü daha yaxşı tanıdır və etibarı artır. Azərbaycan bir yandan siyasi meydanda BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, “Avroviziya” mahnı yarışmasının keçirilməsinə evsahibliyi haqqını qazanıb, eyni zamanda bir sıra beynəlxalq idman yarışlarına da ev sahibliyi edib. İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə normal düşüncə sahibi olan hər bir kəs sevinməlidir. Bu, ölkənin nüfuzudur, gücüdür, beynəlxalq aləmdə qazandığı etibardır.
Heç şübhəsiz bu tarixi hadisəni qısqananlar, min cür rəng verənlər də var. Bəzən öz içimizdən də buna etiraz edirlər. Sanki, “Avroviziya” mahnı yarışmasının Bakıda keçirilməməsi əhalinin həyat şəraitinə daha yaxşı təsir edəcəkdi, yaxud bu işlərə xərclənən pullar bu adamların cibinə gedəcəkdi. Əslində bu istiqamətdə atılan addımlara mane olmaq, dodaq büzmək doğru deyil. Belə məsələlərdə Azərbaycanı hədəf seçənlərin böyük bir hissəsi tarixən bizə düşmən olan qüvvələrdir. Əlbəttə, Azərbaycanın tanınmasını, bu qədər böyük imkanlara sahib olmasını Ermənistan və onun arxasında dayanan, inkişafımızı istəməyən dövlətlər istəməz. Amma Azərbaycan cəsarətlə bu yolu seçib. Bunu qısqanmaq lazım deyil.

Əlbəttə, böyük paralar xərclənir, bu gün bizi narahat edən şeylər də var, ölkənin kənd təsərrüfatında, sənayesində və başqa sahələrdə müvəqqəti olaraq müəyyən durğunluqlar yaranıb. Amma ölkənin ümumi maraqlarını nəzərə alanda, buna dözmək lazımdır. Bu gün Bakıda tikilən böyük idman komplekslərini heç kim kürəyinə şəlləyib başqa yerə aparmayacaq. Bunlar hamısı bizim millətimiz üçündür. Şəxs olaraq bu məsələlərdə Azərbaycanın tutduğu yolun tərəfindəyəm və hesab edirəm ki, millətimizin böyük əksəriyyəti bunu bu şəkildə də başa düşür”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov Azərbaycanın beynəlxalq aləmdə həmişə öz mövqeyini sərgilənməsinin tərəfdarı olduğunu bildirib: “İlk Avropa Oyunları da Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərən amildir. Amma bununla bərabər daxili problemlər də var. Bunların həll olunmasının tərəfdarıyıq. Hər bir ölkənin beynəlxalq aləmdə hörməti, hər bir vətəndaşın hörməti deməkdir. Çox istərdim ki, I Avropa Oyunları keçirilənə qədər siyasi dustaqlar azad olunsun. Çünki xaricdən gələn jurnalistlər, dövlət adamları bu məsələlərlə maraqlanacaq. Çox istərdim ki, oyunların keçiriləcəyi vaxta kimi Azərbaycanda korrupsiya, rüşvətlə mübarizə daha da kəskinləşsin”.

Yeganə OQTAYQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi 10 Dekabr 2019, 11:17 DİM: “Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunacaq 10 Dekabr 2019, 11:16 “EuroHome”dan oğurluq olub, 3 nəfər saxlanlıb 10 Dekabr 2019, 11:14 “Toylarımızın hazırkı durumu sosial bəladır” – Ekspert çıxış yollarını GÖSTƏRDİ 10 Dekabr 2019, 11:12 Yeni xəbər saytı açıldı - 7-gun.com 10 Dekabr 2019, 11:11 Şimali Koreya yeni raket mühərrikini sınaqdan keçirdi 10 Dekabr 2019, 11:03 Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu 10 Dekabr 2019, 11:01 “Eurohome” bazarındakı yanğından 2 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNİB 10 Dekabr 2019, 10:56 Putin Berlində öldürülən çeçen komandirdən DANIŞDI 10 Dekabr 2019, 10:55 Qubada narkotik tacirləri saxlanıldı - FOTO 10 Dekabr 2019, 10:52 “Yalançı çoban”ın surdotərcümə formatı hazırlandı 10 Dekabr 2019, 10:50 Nazirlik "EuroHome”un helikopterdən çəkilən görüntülərini yaydı - VİDEO 10 Dekabr 2019, 10:48 Subsidiya almaq istəyən fermerlərə xəbər var 10 Dekabr 2019, 10:47 Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT 10 Dekabr 2019, 10:45 Hava limanında 2 elektron qapı quraşdırılıb - FOTO 10 Dekabr 2019, 10:43 “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb 10 Dekabr 2019, 10:36 Zelenski Putinlə danışıqların çətinliyindən GİLEYLƏNDİ 10 Dekabr 2019, 10:33 Nazir müavini yanğın baş verən əraziyə getdi 10 Dekabr 2019, 10:32 “İtirilmiş  torpaqlarımız...” silsiləsindən - Cəbrayılın kəndləri ermənilərə necə verildi... - VIII YAZI 10 Dekabr 2019, 10:30 Əməkdar artistin qardaşı vəfat etdi 10 Dekabr 2019, 10:24 Göyərtəsində 38 nəfərin olduğu təyyarə qəzaya uğradı 10 Dekabr 2019, 10:20 Binəqədi könüllülərinə sertifikatlar verildi 10 Dekabr 2019, 10:18 "Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi 10 Dekabr 2019, 10:16 Astarada narkotik satan şəxs saxlanılıb 10 Dekabr 2019, 10:14 Bakı-Sumqayıt yolu bağlandı, yanğın yerinə 3 helikopter cəlb olundu - FOTOLAR+ VİDEO 10 Dekabr 2019, 10:10 Qohum evliliyi hansı xəstəliklərə yol açır, dində belə izdivaca qadağa varmı?.. 10 Dekabr 2019, 10:06 “Azərişıq” ASC-nin işçisinin ölümü ilə bağlı cinayət işi açılıb 10 Dekabr 2019, 10:01 Bakıdakı “Eurohome” bazarı yanır - YENİLƏNİB - VİDEO+ FOTOLAR 10 Dekabr 2019, 09:53 Avtomobil Yolları Dövlət Agentliyindən ödənişli yollarla bağlı yeni AÇIQLAMA 10 Dekabr 2019, 09:47 “EuroHome” bazarında malları yanan sahibkarların ürəyi gedib - Əraziyə 4 həkim briqadası göndərildi 10 Dekabr 2019, 09:29 Ermənistan atəşkəsi 20 dəfə pozdu 10 Dekabr 2019, 09:25 Naxçıvan 3-cü Dünya Müharibəsinin başlanmasına necə səbəb ola bilərdi?  10 Dekabr 2019, 09:11 Bakı-Sumqayıt yerüstü metro xətti çəkiləcək? - Rəsmi AÇIQLAMA 10 Dekabr 2019, 08:57 Yubileyiniz mübarək, Şəhla xanım! 10 Dekabr 2019, 08:33 Bu gün Çempionlar Liqasında 1/8 finala 6 vəsiqə sahibini tapacaq 10 Dekabr 2019, 00:53