Arxiv
13 Aprel 2015, 11:04 | AKTUAL
“Zamanı gələndə qərarımı verəcəm”

Bu ilin payızında 4-cü çağırış Milli Məclisin səlahiyyət müddəti başa çatır. 

Modern.az saytı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini, 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənir.

Bu dəfə suallarımıza 69 saylı Cəlilabad-Masalı-Biləsuvar seçki dairəsindən deputat  Fəzail İbrahimli cavab verir.

- Ötən 4 ilə qayıdıb deputatlığa namizəd olarkən seçki platformanızı hansı formada qurmağınız barədə soruşmaq istərdik. Verilən vədlər nə dərəcədə yerinə yetdi?

- Hər bir deputatın səlahiyyəti, əhatə dairəsi və funksiyası var. Mən də deputatlığa namizədliyimi verərkən bunlar daxilində söz vermişdim. Çalışdım ki, bunları qoruyum. Ən əsası odur ki, keçən illər ərzində bir nəfər də olsun seçicim qapı arxasında qalmayıb. Məni həftələrlə gözləməyib. Mənə yaxınlaşıb problemlərini deyən insanlara qanun çərçivəsində imkanım, gücüm daxilində kömək etməyə çalışmışam.

Seçicilərimlə harda görüşməyimizdən asılı olmayaraq  onların əhval-ruhiyyəsinin yüksək olmasına səy göstərmişəm. Fəaliyyətim 3 istiqamətdə olub. Telefonlar, köməkçim və qərargahım vasitəsilə  seçicilərimin problemlərindən agah olmuşam. Doğulduğum, böyüdüyüm Yardımlı rayonu olduğundan mütəmadi olaraq cənub bölgəsinə  baş çəkirəm. İnsanlarla tez-tez ünsiyyətdə oluram. Qohum, dost, yaxın uzaq çevrə mənə hörmətlə yanaşır. Bunların müqabilində insanların tələbatını ödəməyə çalışmışam. İnsanların mənə münasibəti hər zaman mənim üçün stimul olub və üzərimə düşən məsuliyyəti dərk etmişəm. Bəzən Milli Məclisə üz tutan seçicilərim də olub. İnanın ki, həmin seçicilərimin görüşünə 10 dəqiqə belə gecikməmişəm.

- Seçicilərinizin hamısı sizin iş qrafikinizi çox güman ki bilmir. İşdən sonrakı vaxtlarda  müraciət edən seçiciləriniz üçün nə etmisiniz?

- Təbii ki, elə seçicilərim də olub. Şənbə, bazar günlərində Milli Məclisin iş vaxtı olmadığından xəbərsiz olublar. Həmin günlərdə mənə müraciət edənlərin qəlbini qırmamışam. Onlarla müəyyən yerlərdə hətta, yol boyu hərəkət edə-edə, oturub bir stəkan çay içə-içə  problemlərini dinləmişəm. Elə məqamlar olub ki, hər hansısa seçicimin mənə ünvanladığı problemi həll edə bilməmişəm. Bu zaman həmin seçicimin ruhunda olan duyğuya belə sahib olmağa çalışmışam.

- Deməli, sizə aidiyyatı olmayan hər hansı məsələ ilə bağlı yol qət edən seçiciləriniz də olub.

- Səlahiyyətimə aid olmayan məsələlərlə də bağlı müraciətlər çox olur.  Həmin insanların mənim səlahiyyətimə aid olmadığını qavratmağa çalışmışam ki, bu mənim səlahiyyətimə daxil deyil. Müraciət edən hər bir insanı anlamaq lazımdır. Onlar göydə Allah, yerdə də bəndəsinə sığınır. Təbii ki, fərdi istək səviyyəsində edilən müraciətlər daha çox olur. İmkanım daxilində onları başa salmağa çalışmışam.

- Bəs maraqlı müraciətlər olanda nə etmisiniz?

- Mənə edilən təkliflərin hamısı maraqlıdır. Hər bir təklif istəkdən irəli gəlir. Şəxsi, ictimai səviyyədə olan məsələlərlə bağlı müraciətlər, təkliflər hər zaman olub. Təbii ki, bu cür məsələlərə də səmimiyyətlə yanaşmağa çalışmışam. Boş-boşuna danışıb, ümid verib sonra da yerinə yetirməmək kimi vəziyyətim olmayıb.

- 3 rayonun icra başçısı ilə bir deputatın ötən 4 il ərzində münasibətləri də çox maraqlıdır.  

- Əvvəla, icra başçısı ilə necə münasibətdə olmağımı bilmək istəyirsinizsə, öncə, qarşı tərəfə sualı ünvanlayın. Onlar sizə daha dürüst cavab verəcək. Düşünürəm ki, dediklərim təvazökarlıqdan uzaq və özünə bəraət qazandırmaq kimi çıxa bilər.

- O zaman  seçicilərinizin problemləri ilə bağlı icra başçıları ilə hər hansısa məsələdə üst-üstə düşməyən fikirləriniz heçmi olmadı?

- Deyim ki, Biləsuvar, Masallı və Cəlilabad rayon icra  başçıları  ilə münasibətlərim o qədər sivil və yüksək səviyyədədir ki, bunların hər birinə hər hansı vətəndaşla bağlı müraciət edəndə onlar qanunun son hüdudlarına qədər ünvanlanan problemin həllinə çalışıblar. Onların hər birindən çox razıyam. Kifayət qədər mənə hörmətlə yanaşırlar. Arzu edərdim ki, hər bir deputatın təmsil olunduğu rayonun başçıları bu səviyyədə öz deputatlarına qarşı səmimi və diqqətli olsunlar.

- Seçiciləriniz arasında 3 rayonun  icra başçısından  şikayət edənlər olubmu?

- İcra başçılarından şəxsi şikayət edənlər olmayıb. Amma rayonda hər hansı məsələ,  baş verən proseslərlə bağlı şikayətlər olub. Biz də çalışmışıq ki, əl-ələ verib seçicinin istəklərini ödəyə bilək. Rayon icra başçısından asılı olmayan hallar da çox olub. Məsələn, sosial müavinətlərlə bağlı çoxlu problemlər ortaya çıxıb. Çünki seçicilərin bəziləri hüquqları bilmir, bu sosial müavinətlərin kimlərə şamil olunduğundan xəbərsizdir. Ona görə də seçicilərin çoxu qanundan xəbərsiz olduqlarından  sosial müavinətdən yararlanmağa çalışır.

- Ötən 4 il ərzində xarici ölkələrdə hansı işləri gördünüz?

- Avropa Şurası Parlament Assambleyasının üzvüyəm. Təyyarəyə oturub vətənin hüdudlarından kənara çıxanda hər bir insanın qəlbində vətən, dövlət hissi olmalıdır. Digər məsələlər isə Azərbaycanın hava yollarına qədər qalmalıdır. Ordan o tərəfə isə Azərbaycan vətəndaşı olmalı, müstəqil Azərbaycanı təmsil etməli və təəssübkeş olmağı bacarmalıdır. Təkcə mən yox, təmsil olunan 10 həmkarımla birgə çalışmışıq ki, Azərbaycanın haqq işini müdafiə edək.

- Beynəlxalq tədbirlərdə xoşagəlməyən hallarla qarşılaşdığınız məqamlar olubmu?

- Əlbəttə orada bizə qarşı olan qüvvələr var. Xristian təəssübkeşliyi ilə, erməni düşmənçiliyi ilə, erməni lobbilərinin ordakı fəaliyyəti ilə üz-üzə qalmışıq. Bunlara baxmayaraq, çalışmışıq ki, bu məsələlərdə öz sözümüzü deyə bilək. Bacardığımız qədər fəal olmağa çalışmışıq. Nə qədər bacarmışıqsa o bizim istəyimizdən yox, zamanın qoyduğu məqamlarla bağlı olub.

- Növbəti parlament seçkilərində deputatlığa namizəd olmaq fikriniz varmı?

- Bu işi zaman özü diqtə edəcək. Zamanı gələndə qərarımı verəcəm.

Namidə  BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04 Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib  4 İyul 2020, 12:00 Fövqəladə vəziyyət Ermənistan iqtisadiyyatını  ciddi təhlükə altında qoyur 4 İyul 2020, 11:57 Dollar yağışı 4 İyul 2020, 11:55 Bakı meriyasından koronavirus AÇIQLAMASI: “Əməkdaşlar arasında…” 4 İyul 2020, 11:47 UNEC brendi Estoniyada da tanındı 4 İyul 2020, 11:43 Daha 3 ölkədə “Formula 1” yarışları ləğv oluna bilər 4 İyul 2020, 11:37 Ermənistanda koronavirusa yoluxanların sayı 30 minə yaxınlaşır 4 İyul 2020, 11:32 Azərbaycana gələn 3 həkim geri qayıdıb, 19-u karantinə alınıb 4 İyul 2020, 11:25 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir” 4 İyul 2020, 11:12 Xətaidə qanunsuz kafe işlədən şəxs 2 min manat cərimələndi 4 İyul 2020, 10:57 Daxili İşlər Nazirliyinin əməkdaşlarının məzuniyyəti təxirə salınıb? 4 İyul 2020, 10:56 Parisdə yanğın - ölən var 4 İyul 2020, 10:43 Bəhram Bağırzadənin süni tənəffüs aparatından ayrılmağını gözləyirlər 4 İyul 2020, 10:36 İcazəsi olan şəxslər bu halda avtomobildən istifadə edə bilməz 4 İyul 2020, 10:28 Hacıqabulda karantin rejimini pozan 6 vətəndaş cərimələndi 4 İyul 2020, 10:14 Qazaxda nişan mərasimi etmək istəyənlər SAXLANILDI 4 İyul 2020, 10:05 Bakı küçələrində polis postları yenidən qurulub - AÇIQLAMA 4 İyul 2020, 10:03 Ermənilər 5 rayonumuzu atəşə tutdu 4 İyul 2020, 09:49