Modern.az

Sultanbud təpəsi və I Avropa oyunları

Sultanbud təpəsi və I Avropa oyunları

4 May 2015, 10:27

Sultanbud təpəsi bu gün Ağdamın ən hündür zirvəsi hesab olunur. Bir neçə il əvvəl burada inşa edilən “Bayraq meydanı” təpənin əzəmətini daha da artırıb. Bu gün Ağdam RİH-in  başçısı Raqub Məmmədovun təşəbbüsü və dəstəyi ilə ərazidə görülən abadlıq  işləri, habelə saysız-hesabsız “Eldar şamı” və “Xan çinar”ağaclarının səliqəli şəkildə əkilməsi, o cümlədən ərazidə quraşdırılan damcı suvarma sistemi  salınan bağın tez bir zamanda  əhalinin mədəni istirahət zonasına çevirləcəyinə inamı artırıb.

Bu günlərdə isə təpənın aşağı hissəsində mağistral yolun üstündə təmizlik  və budama işləri həyata keçirildi.  Ağdam RİH-in təşəbbüsü ilə keçirilən iməcilikdə yüzlərlə rayon sakini iştirak edirdi. Məqsəd isə on may tarixində ilk Avropa Oyunlarının məşəlinin Sulatanbud təpəsində yandırılmasına hazırlıqların görülməsidir. Məhz bu addımın atılması Azərbaycan dövləti üçün Qarabağın nə qədər mühüm əhəmiyyət daşıdığını bir daha göstərməkdir. Simvolik də olsa, məşəlin Avropa Oyunları  başa çatanadək   istifadəyə hazır olan “Çay evin”də  mühafizə olunacağı  Ağdama olan diqqətdən xəbər verir.

Beləliklə, Sultanbud möhtəşəm bir tədbirə ev sahbiliyi edəcək.

Bəs Sultanbud haqqında nəyi bilirik?


Sultanbud təpəsi əslində kurqan tipli  təpə hesab olunur. Bu tipli təpələrin XIII əsrdə Teymurləngin Qafqaza hücumları zamanı salındığı ehtimal olunur. Ağdam şəhərinə yaxın olan Üzərlik təpədən başlayaraq Əfətli, Boyat, Hindarxı, Quzanlı, Şahvəllər vəTərtər istiqamətində onlarca bu tipli təpələr vardır. Onların bir qismində Teymurləngin sərkərdələrinin dəfn edildiyi deyilsədə, əslində bu təpələrin bir çoxu düşmən ordusunun gəlişini xəbərdar etmək üçün istifadə edilirdi. Zəngilan rayonu ərazisində olan “Ağ oyuq”  deyilən təpə məhz buna xidmət edirdi. Belə ehtimal etmək olar ki, Zəngilan ərazisindən başlanan təpələr sırası, o cümlədən Sultanbud məhz düşmən hücumlarını xəbərdar etmək məqsədiylə salınmışdı. Lakin bir məqamı da əlavə etməliyik ki,  bu təpədə kurqan olması  reallığı əks etdirir. Yaxşı yadımdadı ki, müharibənin ağır günlərində təpədə səngər qazılarkən magistral yolun üstündə ağır sal daşlardan olan hörgü üzə çıxmışdı. Məhz el arasında Soltanbud adlandırdığımız təpədə   hansısa sərkərdənin dəfn edilməsi şübhəsizdir...

1812-ci ildə Napoleonun Rusiyaya hücumları ərəfəsində  İranla Rusiya  arasında Azərbaycan uğrunda mübarizə başlayır.  Və həmin ilin fevralında İran və Rusiya qoşunlarının qarşılaşdığı məkanlardan biri də Sultanbud olur.

Bu barədə  Abbasqulu ağa Bakıxanov  özünün “Gülüstani - İrəm” əsərində belə bir faktı  yazır:   “1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa yürüş etdi. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların İngilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar.

"Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqulu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə bərabər atın sağrısında oturan o biri saldatı suya salaraq, Cəbrayıl elinin arasına qaçdı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıl elini və Qarabağın sair elatını köçürməyə məmur etdi. Özü isə, topxana və sərbazla Sultanbud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı...”.

Bu faktdan belə qənaətə gələ bilərik ki, Sultanbud həm də taixi bir savaşın  mərkəzində olub. Və həmin illərdə Xaçın çayın daimi axması, üstəlik  sıx saqqız meşəsi ordugahların döyüş taktikasının hazırlanmasına yardımçı olub.

XX əsrin əllinci illərindək bu meşə Quzanlı kəndinədək uzanırdı. Şahidlərin söylədiklərinə görə Çullu və Quzanlı kəndlərini  sıx meşə zolağı  birləşdirirdi.



Sultanbud meşəsində nadir saqqız ağacının olması bu meşəyə sovet dövründə diqqəti artırmışdı. Qeyd edim ki, meşə zolağı Ağdam rayonunun ərazisi olsa da, ərazi  Bərdə Meşə Təsərrfütı idarəsinin balansındadır. Meşə zolağında kı, saqqız ağacının Azərbaycanın çox az yerlərində qaldığından 1930- cu ildə Azərbaycan Nazirlər Sovetinin qərarıyla ərazidə “Dövlət qoruğu”nun yaradılması qərara alınmışdı. Bununla yanaşı o illərdə bu sahəyə dövlət nəzarətini həyata keçirən Dövlət Təbiəti Mühafizə Komitəsi də xeyli müddətdən sonra əraziylə bağlı layihə  hazırlamışdı. Təəsüflər olsun ki,  sonralar bu layihənin icrası həyata keçirilməmiş qaldı.

Etiraf edilməlidir ki, kifayət qədər böyük bir ərazini əhatə edən meşə zolağı münaqişə zamanı ciddi  itkilərlə üz-üzə qaldı. Və həmin illərdə Quzanlı kəndində formalaşan “26 Bakı komissarları” kolxozunun balansında olan 100 ha yaxın meşə zolağı sıradan çıxarıldı.

Unutmaq olmaz ki, Ermənistan Silahlı Qüvvlərinin nəzarətində olan Xaçınçay Su Ambarında suyun qarşısının kəsilməsi ərazidə  təbii proseslərin inkişafına ciddi şəkildə təsir edir...

Bu gün  təpənin daxil olduğu meşə zolağına dövlət qoruğu statusunun verilməsi   mühüm bir addım hesab olunur...

Bir çox siyasi hadisələrlə şahidlik etmiş Sultanbud təpəsinin  ətəyində həmdə Xurşud Banu Natəvanın yadıgarı Mir Cabbar aganın mülkü   var idi. Əlavə edim ki, kənd Mir Cabbar  ağanın  mülkü idi və ağalıq adlanırdı...

Beləliklə, Sultanbud uzun illərdən sonra, bu dəfə sülhməramlı məqsədi daşıyan,  möhtəşəm bir təbdirə ev sahibliyi edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu